“Tolik”lə bağlı qərar verildi

Tarix Əliyev barəsində xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edilib.

Bizim.Media “xitab24.az”a istinadla xəbər verir ki, məhbus xanımı Tarix Əliyevin Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.

İddiaçı qadın buna səbəb kimi Tarix Əliyevin 8 iyun 2025-ci il tarixdə "TikTok"da canlı yayım zamanı məhbus ailələrini təhqir etməsini göstərib.

Nərimanov Rayon Məhkəməsində hakim Kamal Babayev xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edib.
 

Bundan sonra iddiaçı və onun nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinə üz tutub. Lakin bu instansiya da Nərimanov Rayon Məhkəməsinin qərarını dəyişdirmədən saxlayıb.


Sonda Ali Məhkəməyə üz tutan iddiaçı kassasiya şikayətində bildirib ki, məhkəmə cinayətin bilavasitə obyekti və ünvanlılıq məsələsinin yanlış qiymətləndirib. Ali Məhkəmə Plenumunun qərarında qeyd olunur ki, təhqir konkret şəxsə və ya "kifayət qədər müəyyən edilə bilən şəxslər qrupuna" yönəlməlidir. Lakin "müəyyən edilə bilən qrup" anlayışı o demək deyildir ki, ifadə mütləq fərdi ad və soyadla çəkilməlidir.

Plenum Qərarının məhz bu hissəsində "kifayət qədər müəyyən edilə bilən qrup" anlayışının məqsədi ifadənin obyektiv surətdə konkret şəxs(lər)i hədəf alma ehtimalını istisna etməməkdir.

"Hazırkı iş üzrə təhqiramiz ifadə konkret sosial qrupa, məhbuslara və onların ailə üzvlərinə yönəlib və bu ifadənin geniş izləyici kütləsinə sahib olduğu sosial şəbəkədə canlı yayımda səsləndirilməsi şikayətçinin özünü birbaşa bu qrupun üzvü kimi hiss etməsinə və mənəvi zərər çəkməsinə səbəb olub.

Bu, CM-in 148-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəliliyi və obyektiv tərəfi tam şəkildə əks etdirir.

Məhkəmə ifadəni "mücərrəd və ümumiləşdirilmiş" hesab edib, lakin ifadənin "mücərrəd" hesab edilməsi əsassızdır, ifadənin konkret mühitdə, yəni şikayətçinin həyat yoldaşının da daxil olduğu "məhbuslar" qrupuna dair müzakirə zamanı səsləndirilməsi, onun ictimai yayımı və məzmunu birgə nəzərdən tutulduqda, ifadənin konkret şəxsin mənəvi sferasına yönəldiyi nəticəsinə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur.

Əks təqdirdə, hər hansı ictimai qrupa ünvanına səslənən, lakin konkret şəxsə mənəvi zərər yetirən ifadələr tam cəzasız qalardı ki, bu da cinayət hüququnun müdafiə məqsədi ilə ziddiyyət təşkil edərdi" - şikayətdə qeyd olunub.
 

Məhkəmə kollegiyası əvvəlki instansiya məhkəmələrinin gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd edib ki, CM-in 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayəti yalnız birbaşa qəsdlə törədilə bilər və bu qəsd konkret şəxsin şərəf və ləyaqətini alçaltmağa yönəlməlidir.


İş materiallarında Tarix Əliyevin niyyətinin məhz şikayətçinin və ya onun daxil olduğu konkret şəxslər qrupunun şərəf və ləyaqətini alçaltmağa yönəldiyini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Buna görə də xüsusi ittiham qaydasında verilmiş şikayət təmin edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

End of content

No more pages to load

RADİO