İsmayıllıda 189 şəhidin xatirəsinə “Qəhrəmanlar Bağı” salındı

Qırmızı Ürəklər Fondu və “PMD Group”-un birgə təşəbbüsü, İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İsmayıllı rayonunda “Qəhrəmanlar Bağı” ağacəkmə aksiyası keçirilib. Layihə çərçivəsində I və II Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan 189 qəhrəmanımızın əziz xatirəsinə 189 ağac əkilib.

2021-ci ildən start götürən və ölkəmizin müxtəlif bölgələrini əhatə edən bu nəcib təşəbbüsün əsas məqsədi şəhidlərimizin xatirəsini əbədiləşdirmək, eyni zamanda ətraf mühitin mühafizəsinə və Azərbaycanın ekoloji mühitinin zənginləşməsinə töhfə verməkdir.

Layihənin fəlsəfəsinə uyğun olaraq, hər bir rayon və şəhərdə şəhidlərin sayı qədər ağacın əkilməsi ənənəsi İsmayıllıda da davam etdirilib.

Tədbirin açılışında çıxış edən Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov layihənin mənəvi əhəmiyyətini vurğulayıb: “Şəhidlərimizin xatirəsinin yaşadılması istiqamətində həyata keçirilən hər bir layihə milli həmrəyliyimizin və vəfa borcumuzun təcəssümüdür. “Qəhrəmanlar Bağı” sadəcə ağacəkmə aksiyası deyil, bu, qəhrəmanlarımızın ruhuna hörmətimizin və gələcək nəsillərə ötürəcəyimiz canlı bir irsdir. Bu layihənin təşəbbüskarı olmaq bizim üçün həm böyük qürur, həm də mənəvi məsuliyyətdir”.
 

Aksiyada şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, eləcə də Kapital Bank və Qırmızı Ürəklər Fondunun əməkdaşları iştirak ediblər. Bu layihə bir daha sübut edir ki, şəhidlərimizə olan ehtiramımız daima yaşayacaq və hər bir əkilən ağac onların xatirəsini gələcək nəsillərə daşıyacaq.


Xatırladaq ki, ölkəmizin müxtəlif bölgələrində həyata keçirilən layihə çərçivəsində 31 “Qəhrəmanlar bağı” salınıb.

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir.

Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. “Qırmızı Ürəklər Fondu”nun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO