Bu şəxslərə işdən tez çıxmağa İCAZƏ VERİLİR – RƏSMİ

Əmək qanunvericiliyində bir sıra kateqoriyalara aid işçilər üçün qısaldılmış iş vaxtı və natamam iş vaxtının tətbiqi nəzərdə tutulur. Hər iki halda işçinin gündəlik və ya həftəlik iş müddəti azaldılır. Lakin bu iş rejimlərinin tətbiq əsasları fərqlidir.

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki. qısaldılmış iş vaxtı daha çox işçinin yaşı, səhhəti, əmək şəraiti və gördüyü işin xarakteri ilə bağlı müəyyən edilir.

Məsələn, 16 yaşınadək işçilər üçün həftəlik iş vaxtı 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər, orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hamilə və yaşyarımadək uşağı olan qadınlar, eləcə də 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün isə 36 saatdan artıq olmamalıdır.
 

Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün də həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı tətbiq edilir. Bu, fiziki, kimyəvi, bioloji və insan sağlamlığı üçün zərərli olan digər istehsalat amillərinin mövcud olduğu iş yerlərinə aiddir.


Bundan başqa, yüksək həssaslıq, zehni, fiziki və əsəb gərginliyi tələb edən, insanın səhhətinə mənfi təsir göstərə bilən xüsusi xarakterli işlərdə çalışan şəxslər üçün də qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Bu kateqoriyaya həkimlər, müəllimlər, elektrotexniki qurğularda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində çalışan şəxslər daxildir.

Natamam iş vaxtı isə başqa qaydada tətbiq olunur. Bu iş rejimi əmək müqaviləsi bağlanarkən və ya əmək münasibətləri dövründə işçi ilə işəgötürənin qarşılıqlı razılığı əsasında müəyyən edilir.

Natamam iş vaxtı natamam iş günü və ya natamam iş həftəsi formasında ola bilər. Onun müddəti və hansı dövr üçün tətbiq olunacağı tərəflərin razılığı ilə müəyyən edilir.

Bəzi hallarda isə işəgötürən işçinin müraciəti əsasında natamam iş vaxtı müəyyən etməlidir. Bu, işçinin səhhəti, hamiləlik, əlillik vəziyyəti, xroniki xəstəliyi olan uşağa və ya ailə üzvünə qulluq zərurəti ilə bağlı ola bilər. Həmçinin 14 yaşına çatmamış və ya əlilliyi olan uşağa sahib qadınların ərizəsi əsasında natamam iş vaxtı müəyyən edilməlidir.
 

Qısaldılmış iş vaxtı ilə natamam iş vaxtı arasında əsas fərq ondan ibarətdir ki, qısaldılmış iş vaxtı qanunvericilikdə xüsusi qorunan işçi kateqoriyaları və zərərli və ya xüsusi xarakterli işlər üçün nəzərdə tutulur. Natamam iş vaxtı isə əsasən tərəflərin razılığı ilə tətbiq edilir və işçinin şəxsi, ailə və ya sağlamlıq vəziyyəti ilə bağlı ehtiyaclarından irəli gələ bilər.


Hər iki halda işçinin əmək hüquqları qorunur. Natamam iş vaxtında çalışan işçilərin əmək hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına yol verilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO