Rekord istilər gəlir – Azərbaycanla bağlı XƏBƏRDARLIQ

Dünyanın müxtəlif meteoroloji mərkəzləri 2026-cı ilin yayının son illərin ən isti mövsümlərindən biri ola biləcəyi barədə xəbərdarlıq edir.

Bizim.Media “Severe Weather”ə istinadən xəbər verir ki, Avropa və Asiyada temperatur rekordlarının yenilənəcəyi ehtimalı müzakirə olunur. İqlim mütəxəssisləri bildirirlər ki, xüsusilə Avropada “istilik qübbəsi” adlanan atmosfer hadisələri uzunmüddətli və güclü isti hava dalğalarına səbəb ola bilər.
 

Son proqnozlara görə, Qərbi və Mərkəzi Avropada temperatur normadan 10-16 dərəcə yüksək ola bilər. Bəzi bölgələrdə 40 dərəcəyə yaxın istilər gözlənilir. Meteoroloqlar bunun həm iqlim dəyişikliyi, həm də okean sularının rekord dərəcədə isinməsi ilə əlaqəli olduğunu bildirirlər.


Mütəxəssislər vurğulayırlar ki, Avropa hazırda dünyanın ən sürətlə isinən qitələrindən biridir. Hesabatlarda son illərdə quraqlıq, meşə yanğınları və uzunmüddətli isti hava dalğalarının kəskin artdığı qeyd olunur.

Azərbaycana necə təsir edə bilər?

Sinoptiklərin fikrincə, qlobal istilik dalğaları Azərbaycandan da yan keçməyə bilər. Xüsusilə iyul və avqust aylarında Bakıda və aran rayonlarında temperaturun normadan yüksək olması ehtimal edilir. Bəzi günlərdə 40 dərəcəyə yaxın isti hava müşahidə oluna bilər.

Uzunmüddətli istilər su qıtlığı riskini artıra, kənd təsərrüfatına mənfi təsir göstərə, elektrik enerjisi sərfiyyatını yüksəldə bilər. Həmçinin yaşlılar və xroniki xəstəliyi olan insanlar üçün təhlükə yarada bilər.

Quraqlıq riskinin artması xüsusilə əkin sahələri üçün narahatlıq yaradır.
 

Beynəlxalq proqnozlarda Şərqi Avropa və Qafqaz bölgəsində yay aylarında yağıntının azalması ehtimalı da vurğulanır.


Həkimlər isti havalarda günün ən qızmar saatlarında açıq havada uzun müddət qalmamağı, bol su içməyi və günvurma riskinə qarşı diqqətli olmağı tövsiyə edirlər. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO