Maaşların ödəniş qaydası dəyişir — Artıq aylıq verilməyəcək

Azərbaycanda əmək haqqı sistemində mümkün dəyişikliklərlə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə maaşların aylıq deyil, hissə-hissə ödənilməsi ilə bağlı təkliflər cəmiyyətdə müxtəlif fikirlər yaradır.

Bəzi mütəxəssislər bunun işçilərin gündəlik xərclərini daha rahat planlaşdırmasına kömək edəcəyini düşünsələr də, digərləri uzun illər aylıq maaş sisteminə uyğunlaşmış insanların büdcə idarəçiliyində çətinlik çəkə biləcəyini qeyd edirlər.

Eyni zamanda, yeni sistemin bank əməliyyatlarından tutmuş kredit və kommunal ödənişlərə qədər bir çox sahəyə təsir göstərə biləcəyi bildirilir.

Bizim.Media “konkret.az”a istinadla xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a bildirib ki, bu yanaşma əhalinin həyat keyfiyyətində ciddi dəyişiklik yaradacaq addım deyil:

“Çünki burada insanların aylıq və ya həftəlik gəlirləri real ifadədə artmır. Sadəcə əmək haqqının ödəniş forması dəyişir. Yəni vətəndaş əvvəl aldığı məbləği yenə alacaq, sadəcə həmin vəsait ona hissə-hissə təqdim olunacaq.
 

Bununla belə, dünya təcrübəsində oxşar yanaşmalar tətbiq olunur və bir sıra ölkələrdə əmək haqqının ay ərzində bir neçə dəfə ödənilməsi praktikasına rast gəlinir. Bu sistem müəyyən mənada ailələrin büdcə planlamasını daha rahat edə bilər.


Xüsusilə də insanların pulla davranış modellərində tez-tez rast gəlinən irrasional qərarların və plansız xərcləmələrin müəyyən qədər qarşısını almağa kömək edə bilər. Məsələ ondadır ki, aylıq əmək haqqı toplu şəkildə əldə edildikdə və düzgün planlama aparılmadıqda, vəsait qısa müddətdə səmərəsiz istiqamətlərə xərclənə bilir.

Nəticədə isə ayın qalan hissəsində vətəndaş borclanmağa məcbur qalır. Əmək haqqının iki və ya daha çox hissəyə bölünərək verilməsi isə qısamüddətli büdcə planlamasını nisbətən asanlaşdıra bilər. İnsanlar xərclərini daha mərhələli şəkildə idarə etməyə çalışar və bu da əlavə, düşünülməmiş xərclərin müəyyən qədər azalmasına səbəb ola bilər”.

O deyib ki, bu yanaşma gəlirin ay ərzində daha balanslı şəkildə istifadə olunmasına imkan yarada bilər:

“İnsanların qısamüddətli borclanma ehtiyacları azala, gündəlik maliyyə təzyiqi müəyyən qədər yüngülləşə bilər. Təbii ki, ilkin mərhələdə bəzi planlama çətinlikləri və uyğunlaşma problemləri yarana bilər. Amma orta və uzunmüddətli dövrdə vətəndaşlar bu sistemə uyğunlaşa bilərlər. Bu daha çox texniki xarakterli dəyişiklikdir.

Müəyyən davranış modellərinin yenidən formalaşmasına, xərcləmə vərdişlərinin nizamlanmasına və qısamüddətli maliyyə idarəçiliyinin yaxşılaşmasına təsir göstərə bilər. Lakin bu yanaşma ailələrin gəlirlərinin real olaraq artması və ya ciddi sosial-iqtisadi keyfiyyət dəyişikliyi yaranması anlamına gəlmir”.
 

Qeyd edək ki, Beynəlxalq praktikada xüsusilə ABŞ və Böyük Britaniya kimi ölkələrdə həftəlik və ya iki həftədən bir həyata keçirilən ödəniş üsulları geniş yayılıb. Azərbaycanda bu keçidin mümkünlüyü həm də işəgötürənlərin mühasibatlıq yüklərini artıra bilər.


Hər ay tək tərkibli sənədləşmə əvəzinə bir neçə dəfə əməliyyat aparmaq şirkətlərin bank xərclərini və inzibati işini çoxaldacaq. Digər tərəfdən, mövcud kredit sisteminin aylıq qrafiklər üzərində qurulması səbəbindən vətəndaşların daxil olan xırda məbləğləri toplayıb bank öhdəliklərini vaxtında bağlaması ilkin dövrdə ciddi adaptasiya dövrü tələb edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

End of content

No more pages to load

RADİO