1394 nəfərin buraxılış imtahanı nəticəsi dəyişdirilib - DİM

9 mart və 15 mart 2026-cı il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasının nəticələri açıqlanıb.

Bizim.Media Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ümumilikdə 7487 şagird 19895 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün komissiyaya ərizə ilə müraciət edib.

Məlumata görə, edilən bütün müraciətlər araşdırılıb, haqlı iradlar nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isə şagirdlərin elektron apellyasiya ərizələrinə hər iş üzrə ekspert rəyi əlavə edilib.

Müraciətlərin 186-sı boş yazı işindən (bu işlərdə şagirdlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 356-sı isə tam bal ilə qiymətləndirilmiş işlərdən (bu işlər yoxlama vaxtı markerlər tərəfindən tam bal ilə qiymətləndirilib) olub. Tam ballıq işlərə aid müraciətlər də araşdırılıb və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılıb.

Şagirdlər elektron apellyasiya ərizələrinə (//apelyasiya.dim.gov.az/) daxil olaraq Apellyasiya Komissiyasının qərarları ilə tanış ola bilərlər. Apellyasiya prosesinin başa çatması ilə bağlı şagirdlərin elektron apellyasiya ərizələrində yazdıqları mobil telefon nömrələrinə “sms” məlumat göndərilib.

Qeyd edək ki, Apellyasiya Komissiyası tərəfindən 1394 şagirdin 1690 (iki imtahan üzrə birlikdə bütün yazı işlərinin 0,06%-i) yazı işi ilə bağlı düzəliş edilib və bu düzəlişlərdən 508-i yerdəyişmə halları ilə (cavab vərəqində bir tapşırığa aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıq üçün nəzərdə tutulmuş hissəyə yazılması halları), qalanları isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən səhvlərlə bağlıdır. Müvafiq düzəlişlər 25-26 may 2026-cı il tarixlərində şagirdlərin şəxsi kabinetlərində yekun ballarında öz əksini tapacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Çox xəyanət etmişəm"

"Çox xəyanət etmişəm"

Məhəmməd Muradlı Özbəkistanda beynəlxalq şahmat turnirində birinci oldu

Məhəmməd Muradlı Özbəkistanda beynəlxalq şahmat turnirində birinci oldu

Vinisius ispanca müsahibə verməkdən imtina etdi - VİDEO

Vinisius ispanca müsahibə verməkdən imtina etdi - VİDEO

Arda Turan hamını qabaqladı

Arda Turan hamını qabaqladı

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycanda bir həftəlik səfərdə olacaq

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycanda bir həftəlik səfərdə olacaq

Xorvatiyada qayıqlar toqquşdu: 3 Çexiya vətəndaşı həlak oldu

Xorvatiyada qayıqlar toqquşdu: 3 Çexiya vətəndaşı həlak oldu

Çində dəhşətli hadisə: İntensiv idman məşqindən sonra gəncin böyrəkləri sıradan çıxdı

Çində dəhşətli hadisə: İntensiv idman məşqindən sonra gəncin böyrəkləri sıradan çıxdı

Rusiya Müdafiə Nazirliyi: 100-dən çox Ukrayna dronu məhv edildi

Rusiya Müdafiə Nazirliyi: 100-dən çox Ukrayna dronu məhv edildi

DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - VİDEO

DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - VİDEO

Cəlilabadda peyvənd vurulan heyvanlar tələf oldu: AQTA araşdırmaya başladı - FOTO

Cəlilabadda peyvənd vurulan heyvanlar tələf oldu: AQTA araşdırmaya başladı - FOTO

Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verilmədi: "Zvartnos"da insident

Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verilmədi: "Zvartnos"da insident

Amerikalı müğənni helikopter qəzasında həlak oldu - VİDEO

Amerikalı müğənni helikopter qəzasında həlak oldu - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - FOTO

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - FOTO

Samarada yaşayış binasında güclü partlayış: Sakinlər təxliyə edildi - VİDEO

Samarada yaşayış binasında güclü partlayış: Sakinlər təxliyə edildi - VİDEO

Mehriban Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM - FOTO

Mehriban Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM - FOTO

SON DƏQİQƏ: Egey dənizinin qərbində 5 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Egey dənizinin qərbində 5 bal gücündə zəlzələ oldu

Məhkəmədə "Səni sevmirəm, sevgi bitdi" dedi - BOŞANDILAR

Məhkəmədə "Səni sevmirəm, sevgi bitdi" dedi - BOŞANDILAR

Rusiya Xarkovun mərkəzinə dronla zərbə endirdi - VİDEO

Rusiya Xarkovun mərkəzinə dronla zərbə endirdi - VİDEO

Tramp: "İranla sazişdən dərhal sonra limanların blokadasını ləğv edəcəyəm"

Tramp: "İranla sazişdən dərhal sonra limanların blokadasını ləğv edəcəyəm"

Albaniyada etirazlar kəskinləşir: Trampın kürəkəninin tikinti sahəsində çəpərlər söküldü - VİDEO

Albaniyada etirazlar kəskinləşir: Trampın kürəkəninin tikinti sahəsində çəpərlər söküldü - VİDEO

Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

Halı pisləşən uşaq niyə müayinə edilməyib? - VİDEO

Halı pisləşən uşaq niyə müayinə edilməyib? - VİDEO

Oman sahillərində batmış Hindistan gəmisinin bütün heyət üzvləri xilas edildi

Oman sahillərində batmış Hindistan gəmisinin bütün heyət üzvləri xilas edildi

13 yaşlı məktəbli vannada klinik ölüm vəziyyətində tapıldı

13 yaşlı məktəbli vannada klinik ölüm vəziyyətində tapıldı

End of content

No more pages to load

RADİO