"Hamı mənə gözaydınlığı verdi" - 31 il sonra dəfn olunan şəhidin qardaşı

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Rəşadət Piriyevin nəşi 31 ildən sonra Bərdə rayonunun Yeni Daşkənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

Bizim.Media xəbər verir ki, şəhidin qardaşı Şahsuvar Piriyev bu haqda “modern.az”a danışıb.

Onun sözlərinə görə, Rəşadət Piriyev Azərbaycanın ilk çağırışçılarından olub və müharibənin ən ağır dövrlərində döyüşüb:

“O və döyüş yoldaşları Azərbaycanın ilk əsgərləri idilər. Füzulidə döyüşdü, sonra Ağdamda, Laçında. Müddəti qurtarsa da, müharibə gedirdi deyə, heç kimi evə buraxmırdılar. Ağdamda yaralandı, başında, boynunda, çiynində qəlpələr qalmışdı”.

Şahsuvar Piriyev bildirib ki, sonradan onların hərbi hissəsi Kəlbəcərə köçürülüb:

“1993-cü ilin axırlarında hərbi hissələrini Kəlbəcərə köçürdülər. Dedi ki, uşaqların yanına getmək istəyir. Dedilər problem yoxdur, qal. Amma qala bilmədi. Deyirdi uşaqlardan ayrı dura bilmir. 1994-cü ilin fevralın 8-də ən ön posta çıxıblar. Kəlbəcər uğrunda gedən döyüşlərdə 22-23 əsgər son damla qanlarına qədər Qızılqaya deyilən ərazidə döyüşüb şəhid oldular”.

Şahsuvar Piriyev deyib ki, Rəşadət alənin sonbeşiyi, evin ən sevilən övladı idi:

“Həm sonbeşiyimiz idi, həm də çox qoçaq idi. Səbirsiz idi, gördüyü işi tez bitirmək istəyirdi. Hamımz gedib işləyirdik. O hamıdan tez, hamıdan çox işləyirdi. Axırda da deyirdi "mənim payımı verin, tez gedim futbol oynayım". Əlinə aldığı işi tez görmək istəyirdi”.

Şahsuvar Piriyev bildirib ki, bu illər ərzində şəhidin adı ailədə yaşadılıb:

“Mənim nəvəmin adı da Rəşadətdir. Oğlumun oğludur, indi 3 yaşı var. Dayımın nəvəsinə də onun adını qoymuşuq. O da könüllü olaraq müharibədə iştirak edib. Torpaqlarımız azad olunandan sonra təhsil aldı, indi baş leytenant kimi dövlətimizə xidmət edir. Adı Rəşadət Məmmədzadədir”.

O, torpaqların azad olunmasını həyatının ən böyük təsəllilərindən biri adlandırıb:

“Səmimi deyim ki, bir vaxtlar torpaqlarımızın geri alınacağına ümidimiz yox idi. Bu sevinci bizə Ali Baş Komandan yaratdı. Şəhidlərimiz, qazilərimiz, veteranlarımız çiyin-çiyinə döyüşdülər. "Dəmir yumruğ"un hesabına torpaqlarımız alındı”.

Şahsuvar Piriyev bildirib ki, itkin şəhidlərin tapılması digər ailələr üçün də böyük təsəlli olacaq:

“Bu gün hamı mənə gözaydınlığı verir, mən də o səmimi sözləri qəbul edirəm. İndi bizim kimi nə qədər ailə sevinəcək. Ən azı övladlarını dəfn edəcəklər, ziyarət yerləri olacaq. Allah övladı, yaxını itkin düşən hamıya bu günü qismət etsin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

End of content

No more pages to load

RADİO