BU ŞƏXSLƏR iki ildən bir sürücülük vəsiqəsi almalıdır

Bəzi ölkələrdə sürücülük vəsiqələrinin yaşa uyğun şəkildə yenilənməsi və yaşlı sürücülər üçün tibbi nəzarətin gücləndirilməsi ilə bağlı müzakirələr aparıldığı bir vaxtda, Azərbaycanda da bu istiqamətdə müəyyən qaydalar artıq tətbiq olunur.

Mövcud qanunvericiliyə əsasən, 60 yaşdan yuxarı şəxslər üçün sürücülük vəsiqəsi 70 yaşına qədər etibarlı sayılır, 70 yaşdan sonra isə vəsiqə 2 il müddətinə verilir. Deputatlar hesab edir ki, bu yanaşma həm sürücülərin hüquqlarını, həm də yol hərəkəti təhlükəsizliyini nəzərə alan balanslı modeldir.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “modern.az”a açıqlama verən deputat Azər Badamov bildirib ki, hazırda Azərbaycanda tətbiq olunan qaydalar kifayət qədər düzgün yanaşmadır:

"İnsan yaşı artdıqca orqanizmdə müəyyən fiziki və sağlamlıqla bağlı dəyişikliklər baş verir. Xüsusilə 60 yaşdan sonra görmə qabiliyyətinin zəifləməsi, eşitmə problemləri, reaksiya sürətinin azalması və müxtəlif xroniki xəstəliklər sürücülük bacarığına təsir göstərə bilər. Bu baxımdan, 60 yaşına çatmış sürücülərin müəyyən müddətdən bir tibbi müayinədən keçməsi vacib hesab olunmalıdır".

Deputat qeyd edib ki, əgər şəxsin sağlamlıq vəziyyəti normaldırsa və avtomobili təhlükəsiz idarə etmək qabiliyyəti varsa, onun sürücülük hüququnun davam etdirilməsi təbiidir:

"70 yaşdan sonra tibbi nəzarətin daha sıx şəkildə aparılması daha məqsədəuyğundur. Bu səbəbdən sürücülük vəsiqəsinin 2 ildən bir yenilənməsi və həmin müddətdə tibbi müayinədən keçilməsi yol hərəkəti təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır".

A.Badamov vurğulayıb ki, görmə və eşitmə qabiliyyətində ciddi zəifləmə olan şəxslərin avtomobil idarə etməsi həm özləri, həm də digər hərəkət iştirakçıları üçün risk yarada bilər:

"Unutmaq olmaz ki, sükan arxasında olan şəxs yalnız öz həyatına görə məsuliyyət daşımır. O, həm avtomobildə olan sərnişinlərin, həm digər sürücülərin, həm də piyadaların təhlükəsizliyinə cavabdehdir. Buna görə də sürücünün sağlamlıq vəziyyəti daim nəzarətdə saxlanılmalı və onun avtomobili təhlükəsiz idarə edə bilməsi əsas meyar olmalıdır".

Deputat əlavə edib ki, belə qaydalar yaşlı insanlara qarşı ayrı-seçkilik kimi qiymətləndirilməməlidir:

"Əsas məqsəd insanların hüquqlarını məhdudlaşdırmaq deyil, yollarda təhlükəsizliyi təmin etmək və mümkün qəzaların qarşısını almaqdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

End of content

No more pages to load

RADİO