Spiker Sahibə Qafarova MDB PA-nın 60-cı iclasında - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərivəsində mayın 22-də MDB Parlamentlərarası Assambleyasının (MDB PA) 60-cı plenar iclasında iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclasda çıxış edən Milli Məclisin sədri Assambleyanın qanunverici orqanlarımız arasında dialoq və əməkdaşlığın inkişafında mühüm rolunu, qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərin müzakirəsi üçün platforma kimi çıxış etdiyini vurğulayıb.
 

Spiker Sahibə Qafarova bu baxımdan, Assambleya tərəfindən həm müntəzəm qaydada tədbirlərin, iclasların və seminarların keçirilməsinin, həm də onun yeni uğurlu ideya və təşəbbüslərinin reallaşdırılmasının əhəmiyyətini qeyd edib.


Çıxışında Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası haqqında tədbir iştirakçılarına məlumat verən Milli Məclisin sədri qeyd edib ki, 17-22 may tarixlərində Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası şəhərlərin davamlı inkişafı və urbanizasiya məsələlərinə həsr olunmuş ən nüfuzlu və qlobal beynəlxalq tədbirlərdən biridir.

Bildirilib ki, Bakıda keçirilən 13-cü sessiya BMT-nin Məskunlaşma Proqramı tərəfindən indiyədək təşkil edilmiş ən genişmiqyaslı sessiyadır və 182 ölkədən rekord sayda - 45 000-dən çox iştirakçı qeydiyyatdan keçib.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, bu sessiyanın Bakıda keçirilməsi Azərbaycanın icmaları və ölkələri ortaq məqsəd ətrafında birləşdirmək bacarığının qəbul olunmasını təsdiq edir.

Azərbaycan Prezidenti İlham Əliyevin forumun açılışında vurğuladığı kimi, “Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və həmişə Şərqlə Qərbin qovuşduğu yer olub və belə də qalır”.

Milli Məclisin sədri bildirib ki, 13-cü sessiya çərçivəsində Parlamentlərarası Assambleyanın “Dağ yaşayış məntəqələrinin davamlı inkişafı” mövzusunda ayrıca tədbiri keçirilib.
 

Assambleyanın bu təşəbbüsünün bir çox Birlik ölkələri üçün xüsusi əhəmiyyət kəsb edən dağ ərazilərinin inkişafına diqqəti yönəltməyə, habelə məzmunlu və konkret təcrübə mübadiləsi aparmağa imkan verdiyi qeyd olunub. Ölkələrimizin parlamentarilərinin bu müzakirələrdə fəal iştirak etməsinin məmnunluq doğurduğu diqqətə çatdırılıb.


Spiker Sahibə Qafarova qeyd edib ki, Parlamentlərarası Assambleya təkcə çoxtərəfli deyil, həm də parlamentlərimizin ikitərəfli əməkdaşlığının inkişafına kömək edən platformadır. O, bir neçə gün əvvəl Özbəkistan Respublikasının Buxara şəhərində təşkil edilmiş İkinci Asiya Qadınlar Forumunda MDB PA-dan olan digər həmkarları ilə birgə iştirakını diqqətə çatdırıb.

Spiker deyib ki, iyun ayında Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın növbəti 24-cü iclası keçiriləcək.

O, eyni zamanda, MDB PA-nın humanitar əməkdaşlığı gücləndirməyə yönəlmiş təşəbbüslərinin əhəmiyyətini qeyd edib.

Çıxışında, həmçinin MDB PA-nın seçkilərlə bağlı monitorinq fəaliyyətinə toxunan Milli Məclisin sədri qurumun bu fəaliyyətinin institusional təminatında MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi üzrə Beynəlxalq İnstitutunun rolunu qeyd edib.

Spiker Sahibə Qafarova xatırladıb ki, 8 dekabr 2025-ci il tarixində Milli Məclis və Beynəlxalq İnstitutun Bakı filialının birgə təşkilatçılığı ilə “Heydər Əliyev – suveren Azərbaycanın konstitusionalizminin və parlamentarizminin banisi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans Azərbaycan Respublikasının Konstitusiyasının 30 illiyinə və Azərbaycan parlamentinin 107 illiyinə həsr olunub. Bu konfrans Birlik ölkələrinin parlamentarilərini, MDB PA Şurası Katibliyinin rəhbərliyini, diplomatik korpusun nümayəndələrini, ali təhsil müəssisələrini və ekspertləri bir araya gətirib.
 

Bir müddət öncə isə, mayın əvvəlində Bakı filialının inzibati binasında MDB PA-nın Demokratiyanın inkişafının monitorinqi üzrə Beynəlxalq İnstitutunun 20 illiyinə həsr olunmuş “Parlamentarilərin beynəlxalq müşahidədə rolu” mövzusunda dəyirmi masa keçirilib.


Milli Məclisin sədri bildirib ki, MDB PA bu gün də parlamentlər arasında müntəzəm qarşılıqlı fəaliyyətin effektiv platforması rolunu etimadla davam etdirir. Spiker Assambleya çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətlərdə daha da genişləndirilməsi və möhkəmləndirilməsi üçün gələcəkdə də birgə səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Hamı mənə gözaydınlığı verdi" - 31 il sonra dəfn olunan şəhidin qardaşı

"Hamı mənə gözaydınlığı verdi" - 31 il sonra dəfn olunan şəhidin qardaşı

510 milyonluq layihə kiçik qəsəbənin taleyini DƏYİŞƏCƏK

510 milyonluq layihə kiçik qəsəbənin taleyini DƏYİŞƏCƏK

Çempion mövsümü qələbə ilə başa vurdu - VİDEO

Çempion mövsümü qələbə ilə başa vurdu - VİDEO

Dana Uaytdan "UFC Fight Night Baku" turniri öncəsi ÇAĞIRIŞ

Dana Uaytdan "UFC Fight Night Baku" turniri öncəsi ÇAĞIRIŞ

Məkkədə Böyük Həcc ziyarəti BU VAXT başlayacaq

Məkkədə Böyük Həcc ziyarəti BU VAXT başlayacaq

Türkan Şorayın qızı da saxlanıldı

Türkan Şorayın qızı da saxlanıldı

Yağıntılı hava NƏ VAXTADƏK davam edəcək? - XƏBƏRDARLIQ

Yağıntılı hava NƏ VAXTADƏK davam edəcək? - XƏBƏRDARLIQ

Sənan Əsədzadə saxlanıldı – EKSKLÜZİV

Sənan Əsədzadə saxlanıldı – EKSKLÜZİV

BU ŞƏXSLƏR iki ildən bir sürücülük vəsiqəsi almalıdır

BU ŞƏXSLƏR iki ildən bir sürücülük vəsiqəsi almalıdır

Qətər nümayəndələri Tehrana getdi: razılaşma üçün...

Qətər nümayəndələri Tehrana getdi: razılaşma üçün...

Prezidentə gələn TƏBRİKLƏR – Yenilənir...

Prezidentə gələn TƏBRİKLƏR – Yenilənir...

III qrupun bu ixtisaslarında ciddi rəqabət olacaq - Ehtiyatlı olun!

III qrupun bu ixtisaslarında ciddi rəqabət olacaq - Ehtiyatlı olun!

WUF13-ün yekunlarına əsasən "Bakı Fəaliyyətə Çağırış" qəbul edildi

WUF13-ün yekunlarına əsasən "Bakı Fəaliyyətə Çağırış" qəbul edildi

BƏƏ lideri: “Cənab Prezident, ən yüksək hörmətimi qəbul etməyinizi xahiş edirəm".

BƏƏ lideri: “Cənab Prezident, ən yüksək hörmətimi qəbul etməyinizi xahiş edirəm".

Bakıda daha bir ünvanda ÖDƏNİŞSİZ parklanma yerləri yaradıldı - FOTO

Bakıda daha bir ünvanda ÖDƏNİŞSİZ parklanma yerləri yaradıldı - FOTO

Müəllimlərin NƏZƏRİNƏ : Vakansiya seçimi başlayır

Müəllimlərin NƏZƏRİNƏ : Vakansiya seçimi başlayır

İnformatika müəllimlərinə kibertəhlükəsizlik üzrə təlimçilik təlimi keçirildi - FOTO

İnformatika müəllimlərinə kibertəhlükəsizlik üzrə təlimçilik təlimi keçirildi - FOTO

Ətin qiyməti 39 manata QALXDI

Ətin qiyməti 39 manata QALXDI

Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq

Bakı-Tbilisi-Bakı qatarı onlar üçün PULSUZ olacaq – ADY-dən GÜZƏŞTLƏR

Bakı-Tbilisi-Bakı qatarı onlar üçün PULSUZ olacaq – ADY-dən GÜZƏŞTLƏR

Ceyhun Dadaşova YENİ VƏZİFƏ verildi

Ceyhun Dadaşova YENİ VƏZİFƏ verildi

Ünvanlı dövlət sosial yardımın məbləğinin ən yüksək olduğu RAYONLAR

Ünvanlı dövlət sosial yardımın məbləğinin ən yüksək olduğu RAYONLAR

Bakının bu qəsəbəsində QAZ olmayacaq

Bakının bu qəsəbəsində QAZ olmayacaq

Leyla Əliyevanın yeni ŞEİRİ - FOTO

Leyla Əliyevanın yeni ŞEİRİ - FOTO

End of content

No more pages to load

RADİO