Bu pullar etibarsız sayılır - Mərkəzi bankdan xəbərdarlıq

Azərbaycan Mərkəzi Bankı hansı pulların yararsız hesab olunduğuna aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, “yenisabah.az”ın sorğusuna cavab olaraq qurumdan Mərkəzi Bankın İdarə Heyətinin 18 may 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na əsasən, üzərində kəsik, çatışmayan hissə, gözə çarpan yazı və ya ləkə olan, ciddi çirklənmiş, rəngi solmuş, yapışqan lentlə və ya digər vasitələrlə birləşdirilmiş əskinaslar tədavülə yararsız hesab olunduğu bildirilib.

Qeyd olunub ki, "Mərkəzi Bank haqqında” qanunun 40-cı maddəsinə əsasən, səthinin ən azı 60 faizi qalan və seriya nömrələrindən biri və ya hər ikisi tam saxlanılan kağız pul nişanlarının nominal dəyəri ödənilir.

Məlumata görə, metal pul nişanları üzrə isə üzərindəki yazı və təsvirlər nominalı müəyyən etməyə imkan verirsə və deformasiya olmayıbsa, onların da dəyəri qaytarılır:

"Qanunda nəzərdə tutulan şərtlərə uyğun gəlməyən pul nişanları isə ödəmə qabiliyyətini itirmiş hesab edilir və onların nominal dəyəri ödənilmir”.

Mərkəzi Bankdan həmçinin qeyd edilib ki, qanunvericiliyə əsasən, Mərkəzi Bankın buraxdığı bütün pul nişanları ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməlidir:

"Lakin üzərində yararsızlıq əlamətləri olan əskinaslar tədavülə yararsız sayıldığı üçün ödənişlərdə qəbul edilməyə bilər.Vətəndaşlar yararsız hala düşmüş milli pul nişanlarını dəyişdirmək üçün "ABB” ASC və "Kapital Bank” ASC-nin filiallarına, Mərkəzi Bankın ərazi idarələrinə, eləcə də digər kommersiya banklarına müraciət edə bilərlər”.

Qeyd edək ki, Mərkəzi Bankın ərazi idarələri və operator banklarda pul nişanlarının dəyişdirilməsi ödənişsiz həyata keçirilir. Digər kommersiya bankları isə bu xidməti öz daxili qaydalarına uyğun olaraq ödənişli və ya ödənişsiz təqdim edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

End of content

No more pages to load

RADİO