Mayın 21-i saat 18:00-a olan faktiki hava açıqlanıb.
Bizim.media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, saat 15:30-15:35 radələrində Şəki rayonunun Şin kəndi və Aşağı Layısqı kəndlərində diametri 15-20 mm, saat 16:15-16:30 radələrində Qusar rayonunun Laza kəndinə diametri 10-12 mm, saat 16:20-16:30 radələrində isə Balakən rayonunun Qazbölük kəndinə diametri 10-12 mm dolu düşüb.
Bizim.Media