Peşə xəstəliyi və zədələrin qiymətləndirilməsi qaydası DƏYİŞDİ

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanda peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi ilə bağlı fəaliyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həyata keçirəcək.

Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi sığortalı və ya sığortaçının nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) "Əmək və məşğulluq" altsistemi, sığorta olunanın isə "e-sosial" internet portalında olan şəxsi kabineti vasitəsilə müraciəti və ya məhkəmə qərarı ilə "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"na uyğun olaraq verilmiş göndəriş əsasında olacaq.
 

Agentlik MEİS-in "Əlillik" altsisteminə göndərişin daxil olduğu tarixdən 10 iş günü müddətində peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair qiymətləndirmənin aparılacağı tarix və yer barədə altsistem üzərindən sığorta olunana, sığortalı və ya sığortaçıya məlumat göndərəcək.


Barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanların peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi onların unikal kodları göstərilməklə rəsmiləşdirilən və sığortalı tərəfindən kağız daşıyıcıda (elektron daşıyıcı əlavə edilməklə) Agentliyə təqdim olunan müvafiq təsdiqedici sənədlər əsasında həyata keçiriləcək.

Agentlik sənədlərin təqdim olunduğu tarixdən 10 iş günü müddətində peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair qiymətləndirmənin aparılacağı tarix və yer barədə məlumatı kağız daşıyıcıda sığortalıya göndərəcək.

Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair qiymətləndirməni isə Agentliyin Tibbi-sosial ekspert komissiyası həyata keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kamal Kılıçdaroğlu CHP sədri postuna BƏRPA EDİLDİ

Kamal Kılıçdaroğlu CHP sədri postuna BƏRPA EDİLDİ

Azərbaycanda dövlət qurumlarından biri LƏĞV OLUNDU

Azərbaycanda dövlət qurumlarından biri LƏĞV OLUNDU

Prezident İlham Əliyev Amina Mohammedi qəbul edib - FOTO

Prezident İlham Əliyev Amina Mohammedi qəbul edib - FOTO

Azərbaycan–Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası keçirildi - FOTO

Azərbaycan–Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası keçirildi - FOTO

Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

Braziliyadan ölkəmizə ət idxalına qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA

Braziliyadan ölkəmizə ət idxalına qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA

Mehman Mehdiyev vəzifəsindən AYRILDI

Mehman Mehdiyev vəzifəsindən AYRILDI

Azərbaycanlı zəvvarların sonuncu qrupu Məkkəyə çatıb

Azərbaycanlı zəvvarların sonuncu qrupu Məkkəyə çatıb

Rayonlara dolu düşüb – Faktiki hava

Rayonlara dolu düşüb – Faktiki hava

Kral III Çarlz Azərbaycan liderini təbrik etdi

Kral III Çarlz Azərbaycan liderini təbrik etdi

Qurban bayramı ilə bağlı heyvan kəsiminə nəzarət GÜCLƏNDİRİLİR

Qurban bayramı ilə bağlı heyvan kəsiminə nəzarət GÜCLƏNDİRİLİR

Vətəndaş Qəbulu Mərkəzində iyun ayının QƏBUL CƏDVƏLİ

Vətəndaş Qəbulu Mərkəzində iyun ayının QƏBUL CƏDVƏLİ

WUF13: "Dayanıqlı şəhərsalma: Azərbaycan və Avropa təcrübəsi" müzakirə olundu – FOTO

WUF13: "Dayanıqlı şəhərsalma: Azərbaycan və Avropa təcrübəsi" müzakirə olundu – FOTO

Bu şəxslərə hər ay 100 manat pul veriləcək – Əli Əsədovdan QƏRAR

Bu şəxslərə hər ay 100 manat pul veriləcək – Əli Əsədovdan QƏRAR

Peşə xəstəliyi və zədələrin qiymətləndirilməsi qaydası DƏYİŞDİ

Peşə xəstəliyi və zədələrin qiymətləndirilməsi qaydası DƏYİŞDİ

WUF13-ün beşinci günündə keçirilən tədbirlərlə bağlı geniş VİDEOREPORTAJ

WUF13-ün beşinci günündə keçirilən tədbirlərlə bağlı geniş VİDEOREPORTAJ

Vahid xəzinə hesabının idarə edilməsində YENİ QAYDA

Vahid xəzinə hesabının idarə edilməsində YENİ QAYDA

Baş nazir "Gəmi agenti haqqında Əsasnamə"yə dəyişiklik etdi

Baş nazir "Gəmi agenti haqqında Əsasnamə"yə dəyişiklik etdi

Bəşir Hacıyev: “Kəlbəcər minalarla ən çox çirkləndirilmiş ərazilərdən biri olub”

Bəşir Hacıyev: “Kəlbəcər minalarla ən çox çirkləndirilmiş ərazilərdən biri olub”

Suriya G7 sammitinə dəvət olundu: "Böyük Yeddilik" tarixində bir ilk

Suriya G7 sammitinə dəvət olundu: "Böyük Yeddilik" tarixində bir ilk

Zelenski: "UTX FTX-nin qərargahına zərbə endirdi, 100-ə yaxın itki var"

Zelenski: "UTX FTX-nin qərargahına zərbə endirdi, 100-ə yaxın itki var"

IV və VI siniflərdə monitorinq bu tarixdə KEÇİRİLƏCƏK – FOTO

IV və VI siniflərdə monitorinq bu tarixdə KEÇİRİLƏCƏK – FOTO

Pezeşkian orduya təşəkkür etdi: "İran ABŞ-a Vyetnam və Əfqanıstandan daha ağır zərbə vurdu" – FOTO

Pezeşkian orduya təşəkkür etdi: "İran ABŞ-a Vyetnam və Əfqanıstandan daha ağır zərbə vurdu" – FOTO

Ləzəyə güclü dolu düşdü – VİDEO

Ləzəyə güclü dolu düşdü – VİDEO

End of content

No more pages to load

RADİO