Bəşir Hacıyev: “Kəlbəcər minalarla ən çox çirkləndirilmiş ərazilərdən biri olub”

"Kəlbəcərdə həyata keçirilən bərpa və tikinti proseslərinin ilkin mərhələsində ən vacib addım kimi mina təmizlənməsi və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi işləri aparılıb".

Bizim.Media xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Laçın və Kəlbəcər: urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya gedən yol” adlı tədbirdə Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev bildirib.

O qeyd edib ki, Kəlbəcərdə bu gün həyata keçirilən layihələr yalnız tikinti və yenidənqurma prosesi deyil, həm də tarixi ədalətin bərpasını və həyatın yenidən doğma torpaqlara qaytarılmasını ifadə edir.

"44 günlük Vətən müharibəsindən sonra, torpaqlarımızın işğaldan azad edilməsinin ardından Azərbaycan Respublikası Prezidentinin tapşırıqları əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı və məqsədyönlü bərpa-quruculuq işləri həyata keçirilir. Bu layihələr əhalinin dayanıqlı məskunlaşmasını təmin edir, iqtisadi fəallığın bərpasına dəstək verir və həmin ərazilərin yüksək inkişaf etmiş bölgələrə çevrilməsi üçün möhkəm təməl yaradır.

Eyni zamanda, həyata keçirilən proseslər işğal dövründə ərazilərimizdə törədilmiş dağıntıların, vandalizmin və ekoloji mühitə, mədəni irsə vurulan ziyanın aradan qaldırılması baxımından xüsusi əhəmiyyət daşıyır”.

Xüsusi nümayəndə vurğulayıb ki, postmünaqişə dövründə Kəlbəcər rayonu mina və digər partlayıcı sursatlarla ən çox çirklənmiş ərazilərdən biri olub:

“Bu səbəbdən rayonda həyata keçirilən bərpa və tikinti proseslərinin ilkin mərhələsində ən vacib addım kimi mina təmizlənməsi və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi işləri aparılıb. Ərazilərin təhlükəsiz vəziyyətə gətirilməsi həm yeni yaşayış məntəqələrinin və infrastrukturun qurulması, həm də keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

End of content

No more pages to load

RADİO