Qusarın dağlıq Ləzə kəndinə güclü dolu yağıb.
Bizim.Media xəbər verir ki, kənd sakinləri belə güclü dolunun son 60 ildə yağmadığını deyirlər.
Dolunun fəsadları olmasa da, sakinlər ötən ilin sentyabrında kəndi basan palçıq layının yenidən kəndə doğru gəlməsindən ehtiyat edirlər.
Dolunun artıq səngidiyi bildirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu