Qarabağdakı mədəni abidələrin bərpası ilə bağlı nazir müavinindən AÇIQLAMA

“Mədəni irsə qarşı hücum insanların kimliyinə qarşı hücumdur. Mədəni irsin qorunması yalnız mədəni məsələ deyil. Bu, universal humanitar məsuliyyət və dayanıqlı inkişafla sabitlik üçün əsas şərtdir. Beynəlxalq ictimaiyyət bu məlsuliyyəti təkcə etik məsələ kimi deyil, həm də beynəlxalq öhdəlik kimi qəbul edib”.

Bizim.Media xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dayanıqlı və Gücləndirici Mədəni Dirçəliş – SECURE Modeli” adlı tədbirdə deyib.

Nazir müavini bildirib ki, işğaldan azad olunmuş ərazilərdə mədəniyyət həyat yenidən canlanır:

"Ərazi bütövlüyümüzün tam bərpasından sonra hökumət, Prezident İlham Əliyevin rəhbərliyi altında müasir dövrün misilsiz və genişmiqyaslı post-münaqişə bərpa proqramını — Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış proqramını həyata keçirməyə başladı. Cəmi bir neçə il ərzində dağıntılar dirçəlişə çevrildi. Azad edilmiş ərazilərdə yeni şəhərlər, kəndlər, körpülər, məktəblər, muzeylər, mədəniyyət müəssisələri və yaşıl enerji infrastrukturu qurulur.

Tarixi məscidlər və abidələr bərpa olunur. Mədəni həyat yenidən canlanır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, azad edilmiş ərazilərdə sistemli bərpa işləri davam etdirilir.

Mədəni bərpa səylərimiz yalnız zədələnmiş mədəni irsin fiziki rekonstruksiyası ilə məhdudlaşmır. Bu proses həm də bölgənin zəngin mədəni ənənələrinin dirçəldilməsini əhatə edir. "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı və "Vaqif Poeziya Günləri" kimi əlamətdar tədbirlərin bərpası da bu prosesə töhfə verir".

O qeyd edib ki, Cənab Prezidentin qeyd etdiyi kimi, “tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin modernləşdirilməsi zərurəti bir-biri ilə uzlaşmalıdır.

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

End of content

No more pages to load

RADİO