Nə paltaryuyan, nə soyuducu: sobadan daha çox elektrik işlədən cihaz

Enerji agentliklərinin məlumatlarına görə, evlərdə elektrikli isitmə sistemlərindən sonra ən çox enerji xərcləyən cihaz su qızdırıcıları (termosifonlar) olub.

Bizim.Media xəbər verir ki, illik hesablamada bu cihaz soba, soyuducu və paltaryuyan maşından daha çox elektrik enerjisi sərf edir.

Ailələr enerji xərclərini azaltmaq üçün adətən soba, soyuducu və paltaryuyan maşın kimi cihazlara diqqət yetirərkən, mütəxəssislər evdəki əsl "enerji canavarı" barədə xəbərdarlıq ediblər. Aparılan son araşdırmalar göstərir ki, isitmə sistemlərindən sonra işıq pulunu ən çox şişirdən cihaz mətbəxdəki məişət texnikaları deyil, elektrikli su qızdırıcılarıdır (termosifon/boyler).
 

Elektrikli isitmə sistemləri bir evin ümumi elektrik xərclərinin orta hesabla 66%-ni təşkil edərək siyahıya rəhbərlik edir. Lakin isinmədən kənar qalan digər xərclər incələndikdə, su qızdırıcıları bütün mətbəxləri və təmizlik cihazlarını geridə qoyaraq ikinci sırada qərarlaşır.


Su qızdırıcılarının yüksək enerji sərf etməsinin əsas səbəbi, cihazın sadəcə suyu qızdırmaqla kifayətlənməməsi, həm də çənin daxilindəki suyun temperaturunu sabit saxlamaq üçün gün ərzində səssizcə işləməyə davam etməsidir.

Rəqəmlər göstərir ki, adambaşına illik orta isti su istehlakı 800 kWh civarındadır. Dörd nəfərlik bir ailənin istifadə etdiyi standart su çəninin illik ümumi enerji istehlakı isə orta hesabla 3200 kWh səviyyəsinə çatır.

Enerji mütəxəssisləri bu yüksək istehlakı nəzarət altına almaq üçün iki konkret həll yolu təklif edirlər:

Temperaturun optimallaşdırılması: Cihazların temperaturunu 60 dərəcə və daha yuxarı nizamılamaq enerji istehlakını birbaşa artırır. Həm rahatlığı təmin etmək, həm də bakterioloji risklərin (legioner xəstəliyi və s.) qarşısını almaq üçün ideal temperaturun 50 ilə 55 dərəcə arasında saxlanılması tövsiyə olunur.

Ərpin təmizlənməsi: Zamanla cihazın qızdırıcı elementlərində (tenlərində) yığılan ərp istilik səmərəliliyini azaldır. Nəticədə cihaz suyu qızdırmaq üçün daha çox elektrik enerjisi sərf edir.

Müntəzəm qulluq və ərpin təmizlənməsi elektrik xərclərində birbaşa azalma təmin edir. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

End of content

No more pages to load

RADİO