“Bakıda qarşılaşdığımız ən böyük çətinliklərdən biri ətraf mühitlə əlaqədardır. Xəzər dənizinin geri çəkilməsi bir sıra problemlər yaradır”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Akademiya və tədqiqat" adlı dəyirmi masada deyib.
O bildirib ki, bu sahədə tədqiqatlar aparılıb:
"Biz bütün problemlərin həlli üçün beynəlxalq əməkdaşlığa hazırıq. Xüsusilə, Azərbaycan su çatışmazlığı məsələsində digər dövlətlərlə əməkdaşlıq etmək istəyir. Çünki bu problemlərin həlli birgə mübarizə ilə mümkündür".
Günay Şahmar, Bizim.Media