Polad Həşimovun əsgəri Şuşada bıçaqlanaraq şəhid olub

Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu erməni terrorçularının işğal etdiyi tarixi torpaqlarımızdan qovaraq 44 gün ərzində ərazi bütövlüyümüzü təmin etdi. Döyüşlər zamanı yüzlərlə mərd və cəsarətli igid canları ilə Azərbaycan səlnaməsində yeni səhifə açaraq qanları ilə tarix yazdılar.

II Qarabağ müharibəsində canından keçən qəhrəmanlarımızdan biri də şəhid Xəyal Salam oğlu Ağaməmmədovdur.

Bizim.Media xəbər verir ki, "Report" un Mil-muğan bürosunun əməkdaşları şəhidin doğulub boya başa çatdığı, evinə baş çəkərək ailəsi ilə həmsöhbət olublar.

Xəyal Ağaməmmədov 23 avqust 1992-ci ildə Hacıqabul rayonunun Kolanı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Xəyal Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun komandiri olduğu hərbi hissədə xidmət etməyə başlayır. Hərbi xidmətinin ilk günlərində ayıq-sayıqlığı, cəsarəti və qorxmazlığı ilə hər kəsin diqqətini cəlb edən Xəyal kəşfiyyat bölüyünə cəlb edilir. Onu xidmət etdiyi hərbi hissədə “Polad Həşimovun əsgəri”, yaxud da “polad əsgər” çağırırmışlar.

Xəyal həqiqi hərbi xidmətini başa vurduqdan sonra mülki həyatda müxtəlif sahələrdə çalışıb. Bu ilin iyul ayında erməni silahlı birləşmələrinin Azərbaycan-Ermənistan sərhədində həyata keçirdiyi təxribatlar və terror hadisəsi zamanı Polad Həşimovun və onunla birlikdə bir neçə hərbi qulluqçunun şəhid olmasından təsirlənən Xəyal Ağaməmmədov könüllü olaraq Səfərbərlik və Həqiqi Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək Orduya yazılır.

Sentyabrın 27-də erməni terrorçularının Azərbaycana qarşı diversiya cəhdinin qarşısının alınması ilə başlayan II Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi döyüşlərə qatılır.

Xəyalın döyüş yolu Füzulidən başlayır, Cəbrayıl və Zəngilandan keçərək Şuşada əlbəyaxa döyüşlər zamanı süngü bıçaqdan boğazından aldığı iki ağır zərbə ilə şəhadətə qovuşmasıyla sona çatır. Bu yol yalnız yazılanda və ifadə ediləndə asan səslənir. Xəyal döyüşlər zamanı 2 dəfə güllə yarası alsa da, döyüş yoldaşlarından geri qalmır.

Beləliklə, bu şərəfli yolda cəsarətlə düşmənin üzərinə ön sıralarda şığıyan Xəyalın sözün həqiqi mənasında işğaldan azad edilən torpaqların hər qarışında al-qırmızı qanının izləri var. Sanki düşmən gülləsi Xəyalı əldən salmaq, yerə yıxmaq əvəzinə Polad Həşimov kimi daha da cəsarətləndirir və polad kimi nöhkəmləndirirdi.

Hərbi xidməti dövründə sıravi bir əsgərin adı generalın adı ilə qoşa çəkilməsi və ya həmin əsgərin generalın adı ilə çağırılması hər kəsə nəsib olmayan nadir haldır. Xəyal sanki “Polad Həşimovun əsgəri” və “polad əsgər” ləqəblərinin haqqını verərək mənfur düşəmənin gülləsinə polad möhkəm daynıb, şəhid komandiri general Həşimovun qısasını almaq üçün irəliləyirdi.

44 günlük müharibə zamanı bədənində 2 güllə yarası olmasına baxmayaraq, 43 gün döyüşən Xəyal noyabrın 7-də Şuşa uğrunda əlbəyaxa döyüşlər zamanı süngü ilə boğazından aldığı 2 zərbədən sonra şəhadətə qovuşub. Ruhun şad olsun Xəyal, sənin və sənin kimi minlərlə igidin qanı və canı bahasına Polad Həşimovun qisası da alındı, torpaqlarımız düşmən işağlında da azad edildi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xankəndi 30 illik işğaldan sonra tədricən canlanır: 3 avtobus marşrutu fəaliyyətə başladı - VİDEO

Xankəndi 30 illik işğaldan sonra tədricən canlanır: 3 avtobus marşrutu fəaliyyətə başladı - VİDEO

Yaponiya ABŞ-dan ilk xam neft partiyasını aldı - VİDEO

Yaponiya ABŞ-dan ilk xam neft partiyasını aldı - VİDEO

İsrail Prezidenti Netanyahunu əfv etmədi - KORRUPSİYA QALMAQALI

İsrail Prezidenti Netanyahunu əfv etmədi - KORRUPSİYA QALMAQALI

Çin İrana kömək edirmi? - Trampın cavabı - VİDEO

Çin İrana kömək edirmi? - Trampın cavabı - VİDEO

Bakı Zooloji Parkında ikihürgüclü dəvə balası doğuldu - FOTO

Bakı Zooloji Parkında ikihürgüclü dəvə balası doğuldu - FOTO

Tramp: “İranla müharibə çox tezliklə başa çatacaq” - VİDEO

Tramp: “İranla müharibə çox tezliklə başa çatacaq” - VİDEO

Malidə şiddətli döyüşlər: Rusiya hərbçiləri ölkədən qaçır - VİDEO

Malidə şiddətli döyüşlər: Rusiya hərbçiləri ölkədən qaçır - VİDEO

Dünya Kuboku: Azərbaycan boksçusu qızıl medal qazandı

Dünya Kuboku: Azərbaycan boksçusu qızıl medal qazandı

Çexiyanın Baş naziri Azərbaycana gəldi - FOTO

Çexiyanın Baş naziri Azərbaycana gəldi - FOTO

İsrailin iki keçmiş baş naziri Netanyahuya qarşı birləşdi

İsrailin iki keçmiş baş naziri Netanyahuya qarşı birləşdi

“Elgizin, Xoşqədəmin verilişini bağlamaq islahatdır?”

“Elgizin, Xoşqədəmin verilişini bağlamaq islahatdır?”

Bu ölkənin müdafiə naziri öldürüldü

Bu ölkənin müdafiə naziri öldürüldü

Evinin qarşısındakı tikintidən narahat oldu - Ofisə gəlib bir işçini öldürdü - VİDEO

Evinin qarşısındakı tikintidən narahat oldu - Ofisə gəlib bir işçini öldürdü - VİDEO

Dünyada portağal qıtlığı yarana bilər

Dünyada portağal qıtlığı yarana bilər

Narkokuryer narkotiki parikin altında keçirməyə çalışdı - VİDEO

Narkokuryer narkotiki parikin altında keçirməyə çalışdı - VİDEO

Şagird müəlliməsindən bu üsulla intiqam aldı - Onun fotosunu...

Şagird müəlliməsindən bu üsulla intiqam aldı - Onun fotosunu...

Bu ölkədə qadınları qəsdən öldürənlərə ömürlük həbs cəzası veriləcək

Bu ölkədə qadınları qəsdən öldürənlərə ömürlük həbs cəzası veriləcək

“Neftçi” – “Qarabağ” oyunu başlayıb - VİDEO

“Neftçi” – “Qarabağ” oyunu başlayıb - VİDEO

Sərsəng su anbarında İLK DƏFƏ beynəlxalq idman tədbiri keçiriləcək

Sərsəng su anbarında İLK DƏFƏ beynəlxalq idman tədbiri keçiriləcək

Epidemioloq yaxın 5 ilin ən ölümcül xəstəliklərini açıqladı

Epidemioloq yaxın 5 ilin ən ölümcül xəstəliklərini açıqladı

Üzərində bu ləkə olan çiyələyi ALMAYIN – Zəhərlənə bilərsiniz

Üzərində bu ləkə olan çiyələyi ALMAYIN – Zəhərlənə bilərsiniz

Lalə Azərtaş Yaponiya milli geyimində - FOTO

Lalə Azərtaş Yaponiya milli geyimində - FOTO

Almaniyanın hərbi-nəqliyyat təyyarəsi İrəvana eniş etdi - FOTO

Almaniyanın hərbi-nəqliyyat təyyarəsi İrəvana eniş etdi - FOTO

Sırski: “Rusiya bütün cəbhə xətti boyunca hücum keçir, vəziyyət mürəkkəbdir”

Sırski: “Rusiya bütün cəbhə xətti boyunca hücum keçir, vəziyyət mürəkkəbdir”

End of content

No more pages to load

RADİO