Hava nə vaxt düzələcək? - Gülşad Məmmədova AÇIQLADI

Azərbaycanda hava şəraiti hələ də tam yaz ab-havasını xatırlatmır. Bir çox insan səhərlər qalın geyimlərdən istifadə edir, axşam saatlarında isə temperatur daha da aşağı düşür. Adətən bu dövrdə müşahidə olunan isti və günəşli hava əvəzinə, bəzi bölgələrdə küləkli və sərin hava üstünlük təşkil edir.

Paytaxt Bakıda və digər şəhərlərdə sakinlər "sanki noyabr ayıdır" deyərək havaların gec isinməsindən narazılıq edir.

Xüsusilə tez-tez dəyişən hava şəraiti gündəlik həyatla yanaşı, insanların sağlamlığına və əhvalına da təsir göstərir. Meteoroloji müşahidələr də göstərir ki, bu il yaz mövsümü əvvəlki illərlə müqayisədə daha dəyişkən keçir.

Bəs havaların normadan daha sərin keçməsinin səbəbi nədir?

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “demokrat.az”a açıqlamasında bildirib ki, aprel ayı öz mahiyyəti etibarilə dəyişkən hava şəraiti ilə xarakterizə olunan aydır və bu cür hava axınları əvvəlki illərdə də qeydə alınıb:

"Ay ərzində temperaturun gah yüksəlməsi, gah da kəskin enməsi birbaşa müxtəlif hava kütlələrinin ölkə ərazisinə müdaxiləsi ilə bağlıdır. Belə ki, isti hava kütlələrinin daxil olması nəticəsində havanın bir qədər isti keçməsi müşahidə olunur və temperatur göstəriciləri yüksəlir.

Lakin bunun ardınca soyuq hava kütlələrinin ölkə ərazisinə müdaxiləsi baş verdikdə hava şəraiti yenidən soyuyur, temperaturlar aşağı enir, şimal-qərb küləyi güclənir və hətta yüksək dağlıq ərazilərdə qar yağması halı müşahidə edilir".

May ayı ilə bağlı gözləntilərə toxunan xidmət rəsmisi qeyd edib ki, hazırda may ayı üçün aylıq proqnozun hesablanması işləri aparılır.

May ayı üzrə dəqiq proqnozlar yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB

Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB

İsmayıl Məhəmmədov yüksək vəzifəyə təyin olundu

İsmayıl Məhəmmədov yüksək vəzifəyə təyin olundu

Azərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı

Azərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı

Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - FOTO

Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - FOTO

“İmişli” “Araz Naxçıvan”ı məğlub etdi - VİDEO

“İmişli” “Araz Naxçıvan”ı məğlub etdi - VİDEO

Şəkidə qəza: iki nəfər xəsarət alıb

Şəkidə qəza: iki nəfər xəsarət alıb

Bu ailələrə uşaqpulu belə ödəniləcək – YENİ QAYDA

Bu ailələrə uşaqpulu belə ödəniləcək – YENİ QAYDA

Hava nə vaxt düzələcək? - Gülşad Məmmədova AÇIQLADI

Hava nə vaxt düzələcək? - Gülşad Məmmədova AÇIQLADI

Evdə saf yağ hazırlama qaydası...

Evdə saf yağ hazırlama qaydası...

Lənkəranda WUF13 Festivalı başlayıb - FOTO

Lənkəranda WUF13 Festivalı başlayıb - FOTO

Zelenski Boqdana qarşı sanksiyalar TƏTBİQ ETDİ

Zelenski Boqdana qarşı sanksiyalar TƏTBİQ ETDİ

Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü

Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü

Fitso Zelenskinin dəvətinə cavab yazdı: İrəvanda görüşəcəyik...

Fitso Zelenskinin dəvətinə cavab yazdı: İrəvanda görüşəcəyik...

Rusiyadakı katoliklərin rəhbəri İSTEFA VERDİ

Rusiyadakı katoliklərin rəhbəri İSTEFA VERDİ

Dolu düşəcək, sel keçəcək...- Hava ilə bağlı XƏBƏRDARLIQ

Dolu düşəcək, sel keçəcək...- Hava ilə bağlı XƏBƏRDARLIQ

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Zaqatalada canavar hücumu: əmisini belə xilas etdi - TƏFƏRRÜAT-FOTO

Zaqatalada canavar hücumu: əmisini belə xilas etdi - TƏFƏRRÜAT-FOTO

“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır - FOTO

“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır - FOTO

“Kəpəz” “Şamaxı”ya qalib gəldi - VİDEO

“Kəpəz” “Şamaxı”ya qalib gəldi - VİDEO

Müharibə yenidən başlaya bilər - İranlı general

Müharibə yenidən başlaya bilər - İranlı general

Zelenski Fitsonu Kiyevə səfərə dəvət etdi

Zelenski Fitsonu Kiyevə səfərə dəvət etdi

BƏƏ hava məkanını açır

BƏƏ hava məkanını açır

“Sumqayıt”da ciddi itki

“Sumqayıt”da ciddi itki

İsrailin hücumları Livanda daha 41 nəfərin ölümünə səbəb olub

İsrailin hücumları Livanda daha 41 nəfərin ölümünə səbəb olub

End of content

No more pages to load

RADİO