Natiq Səhrab oğlu İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Qeyd edək ki, Natiq İbrahimov 2016-cı il may ayından Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edir.
Məlumat üçün bildirək ki, universitet rektorları hər beş ildən bir Prezidentin müvafiq Sərəncamına uyğun təyin edilir.
Bizim.Media