Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Bizim.Media-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 22:46-da qeydə alınan zəlzələnin maqnitudası 4,6 olub.
Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.
Bizim.Media