Yevlaxda həm şairə, həm də musiqi müəllimi vəfat edib.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, Yevlaxın Xaldan Musiqi Məktəbinin xor müəllimi Minarə İskəndər dünyasını dəyişib.
Minarə xanım eyni zamanda bir neçə şeirlər kitabının müəllifidir.
O, Aran bölgəsində məşhur şairə kimi tanınırdı.

Leyla Vəfadar, Bizim.Media Mərkəzi Aran bürosu