Şəmkirdə sirkə turşusundan zəhərlənən qadının həyatını xilas etmək mümkün olmayıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə 1966-cı il təvəllüdlü Mahizər Musayeva zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq 60 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.
Məqsəd Rəhimov, Bizim.Media Qərb Bürosu