Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

Xocalıda hər iki valideynini itirən 25 nəfərdən biri olan Nigar Qəhrəmanova 39 yaşında dünyasını dəyişib.

Bizim.Media “modern.az”a istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Bildirilib ki, Nigar Qəhrəmanova 2 ildir ki onkoloji xəstəlikdən əziyyət çəkib.

6 ay əvvəl isə müalicə məqsədi ilə əməliyyat olunub, lakin xəstəliyi ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Nigar Qəhrəmanova cəmi 4 yaşında Xocalı meşələrində ayaqları donduğu üçün hər ikisi amputasiya olunmuşdu.

"Nigarın atası Təvəkkül silahlı olduğundan əsir düşəcəyimizi biləndə əhalini və ailəsini müdafiə etmək məqsədi ilə müqavimət göstərib. Atışma zamanı ayağından və çiynindən yaralanan Təvəkkül ağaclara söykənə-söykənə mülki əhali ilə birlikdə Əsgəran ərazisindəki şumlanmış əkin sahəsinə qədər gəlib.

Oradakı dinc sakinlərin yerini aşkar edən erməni silahlıları atəş açaraq atasının çiynində olan dörd yaşlı Nigarı yaralayıblar. Uşağın anası Raya yaralı qızı Nigarı qucağına götürdükdə ermənilər güllə ilə qadının başından vuraraq onu qətlə yetiriblər", - bu barədə onun ailəsi xatirələrində bildirib.

Nigar Qəhrəmanova uzun müddət bacısı Xəzangüllə birlikdə yaşayıb. O, cəmi 7 il əvvəl ailə həyatı qurmuşdu.

39 yaşında vəfat edən Nigarın anası Raya xanım 33, atası isə 37 yaşında Xocalı faciəsinin qurbanı olublar.

Nigar Qəhrəmanova səhhətində yaranan problemlərə görə Xocalı işğaldan azad olduqdan sonra öz ata-baba yurduna gedə bilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Bakının küçələri yuyuldu - FOTO

Bakının küçələri yuyuldu - FOTO

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Yaxa sancağı gündəm oldu - FOTO

Yaxa sancağı gündəm oldu - FOTO

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

Sabiq ədliyyə naziri vəfat edib

Sabiq ədliyyə naziri vəfat edib

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

ABŞ-İran sülh danışıqları BAŞLADI

ABŞ-İran sülh danışıqları BAŞLADI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində NÖVBƏTİ GÖRÜŞ - FOTO

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində NÖVBƏTİ GÖRÜŞ - FOTO

Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar - VİDEO

Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar - VİDEO

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı YENİ DETALLAR

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı YENİ DETALLAR

İmişlidə yataq xəstəsinin evdə yanmış meyiti tapılıb

İmişlidə yataq xəstəsinin evdə yanmış meyiti tapılıb

“İçərişəhər”in qala divarlarında yenidən aşınma ola bilər – RƏSMİ

“İçərişəhər”in qala divarlarında yenidən aşınma ola bilər – RƏSMİ

End of content

No more pages to load

RADİO