Kürdəmirdə magistral su boru xəttində tez-tez baş verən partlayışla bağlı Bakıdan mütəxəssislər dəvət olunub.
Kürdəmir su meliorasiya sistemlərinin istismarı idarəsindən Bizim.Media-nın Aran bürosuna bildirilib ki, Külüllü-Kürdəmir magistral su xəttində baş verən qəza ilə bağlı araşdırmalara başlanılıb.
İdarənin baş mühəndisi Rəşid Nəsirov yerli büromuza bildirib ki, məsələnin köklü şəkildə həll ounması üçün əraziyə baxış keçrilib.
Rəhbərlik səviyyəsində araşdırma başa çatdıqdan sonra tez-tez baş verən boru partlamalarının tamamilə aradan qaldırılması nəzərdə tutulur.
Qeyd edək ki, boru partlamaları əsasən Külüllü-Kürdəmir magistral su borusunun rayonun Qaraqocalı kəndi ərazisindən keçən hissəsində qeydə alınır.
Belə ki, qəza diametri 500 mm olan borunun partlaması nəticəsində baş verib. Qəza yerinə aidiyyatı qurumun canlı qüvvəsi və texnikası cəlb olunub.
Qeyd edək ki, Külüllü –Kürdəmir magistral su boru xətti rayon mərkəzi daxil olmaqla, rayonun 6 kəndini içməli su ilə təmin edir.
Bundan başqa Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayon mərkəzi daxil olmaqla rayonun ümumilikdə 8400 abonentini, eləcədə 21000 sakinini içməli su ilə təmin edir.




Bizim.Media, Aran bürosu