Qusarda yağıntıların fəsadları ilə bağlı geniştərkibli iclas: Göstərişlər verildi - FOTO

Qusar rayonunda cari ilin 27–28 mart və 4–5 aprel tarixlərində müşahidə olunan intensiv və aramsız yağıntıların yaratdığı fövqəladə vəziyyət, onun fəsadlarının aradan qaldırılması istiqamətində görülmüş işlər və mövcud problemlərin həlli yolları bu gün Qusar Rayon İcra Hakimiyyətində keçirilən geniştərkibli iclasda müzakirə olunub.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Qusar Rayon İcra Hakimiyyətindən məlumat verilib.
 

İclasda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, eləcə də digər idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, onlayn formatda icra nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.


İclası giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov baş vermiş təbiət hadisələrinin fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilmiş operativ və əlaqələndirilmiş tədbirləri yüksək qiymətləndirib.

İcra başçısı bildirib ki, yaranmış çətin şəraitdə aidiyyəti qurumlar vahid komanda kimi fəaliyyət göstərib.

Ərazilərə texnika və canlı qüvvə cəlb edilərək daha ağır fəsadların qarşısı alınıb, dəymiş ziyan minimuma endirilib, əhalinin təhlükəsizliyi təmin olunub.

Eyni zamanda, qarşıdakı günlərdə də qeyri-sabit, yağıntılı və küləkli hava şəraitinin gözlənildiyini diqqətə çatdıran icra başçısı qabaqlayıcı tədbirlərin gücləndirilməsinin, fəaliyyətin planlı şəkildə qurulmasının və mövcud texnikaların daim saz vəziyyətdə saxlanılmasının vacibliyini vurğulayıb.
 

Daha sonra məruzə ilə çıxış edən Rayon Fövqəladə Hallar Komissiyasının sədri, rayon icra hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov qeyd edib ki, güclü yağıntılar nəticəsində rayonun bir sıra yaşayış məntəqələrində daşqınlar və torpaq sürüşmələri baş verib, nəticədə infrastruktur, kommunal təsərrüfat və kənd təsərrüfatı sahələrinə ciddi ziyan dəyib.



Bəzi kəndlərdə qaz və elektrik xətlərinin zədələnməsi səbəbindən abonentlərin qaz və enerji təminatında müvəqqəti fasilələr yaranıb.

Qeyd olunub ki, intensiv yağıntılar nəticəsində rayonun 4 kəndindən 3-də yararsız vəziyyətə düşmüş körpülər bərpa edilib.

Məruzədə həmçinin bildirilib ki, sel sularının yuyub apardığı kənd yollarının bərpası istiqamətində intensiv tədbirlər görülüb.

Yasab kəndi ərazisindən keçən və 23 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən Qusar–Həzrə–Sudur avtomobil yolunun yararsız vəziyyətə düşməsi ilə əlaqədar əraziyə alternativ müvəqqəti yol çəkilib.

Bəzi yaşayış məntəqələrində qalmaqda olan fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

İclasda kommunal və şəhər təsərrüfatı, təhsil, səhiyyə və kənd təsərrüfatı sahələri üzrə məsul şəxslər çıxış edərək mövcud vəziyyət, dəymiş ziyan və fəsadların aradan qaldırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov fövqəladə halların fəsadlarının aradan qaldırılmasında aidiyyəti qurumların koordinasiyalı fəaliyyətinin vacibliyini bir daha vurğulayıb.

Rayon rəhbəri qarşıdakı günlərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı aidiyyəti strukturların yüksək hazırlıq vəziyyətində olmasını tapşırıb, müvafiq göstərişlər verib.


















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Türkiyənin bu məhsulundan imtina etdi

Rusiya Türkiyənin bu məhsulundan imtina etdi

Azərbaycanlı taekvondoçu beynəlxalq turnirdə qızıl medal qazandı - FOTO

Azərbaycanlı taekvondoçu beynəlxalq turnirdə qızıl medal qazandı - FOTO

Bu ərazilər də yağış sularından təmizlənir – VİDEO

Bu ərazilər də yağış sularından təmizlənir – VİDEO

Aparıcıların toy qiymətləri ilə bağlı İDDİA: Vüsalə 5000, Əkbər 2000 alır…

Aparıcıların toy qiymətləri ilə bağlı İDDİA: Vüsalə 5000, Əkbər 2000 alır…

İsrail Makronun Livanla danışıqlarda iştirakına İCAZƏ VERMƏDİ

İsrail Makronun Livanla danışıqlarda iştirakına İCAZƏ VERMƏDİ

"Bir insanın əynində üçdən artıq rəng varsa, anormaldır"

"Bir insanın əynində üçdən artıq rəng varsa, anormaldır"

Dövlət başçısı kimi ilk xarici səfərini etdi

Dövlət başçısı kimi ilk xarici səfərini etdi

Levandovski “Milan”a keçə BİLƏR

Levandovski “Milan”a keçə BİLƏR

Əslində, 20 qəpiyədir, amma 4 manata satılır

Əslində, 20 qəpiyədir, amma 4 manata satılır

Yeni sədr işdən çıxardığı rəisin əvəzinə onu TƏYİN ETDİ

Yeni sədr işdən çıxardığı rəisin əvəzinə onu TƏYİN ETDİ

Nəsrin itinə ad günü etdi - Video

Nəsrin itinə ad günü etdi - Video

İran danışıqlara başlamaq üçün iki şərt irəli sürdü

İran danışıqlara başlamaq üçün iki şərt irəli sürdü

Tramp: “İran nüvə silahından imtinaya söz verir, lakin…”

Tramp: “İran nüvə silahından imtinaya söz verir, lakin…”

Helinlə Aytaç sevgilidir?

Helinlə Aytaç sevgilidir?

ADNSU Əl-Fərabi adına Qazax Milli Universiteti ilə əməkdaşlığı daha da inkişaf etdirəcək - FOTO

ADNSU Əl-Fərabi adına Qazax Milli Universiteti ilə əməkdaşlığı daha da inkişaf etdirəcək - FOTO

20 il sonra atasını Azərbaycanda tapdı - Cərrah işləyirmiş

20 il sonra atasını Azərbaycanda tapdı - Cərrah işləyirmiş

“Nikosayağı” qardaşının toyunda BELƏ GÖRÜNTÜLƏNDİ - VİDEO

“Nikosayağı” qardaşının toyunda BELƏ GÖRÜNTÜLƏNDİ - VİDEO

Qusarda yağıntıların fəsadları ilə bağlı geniştərkibli iclas: Göstərişlər verildi - FOTO

Qusarda yağıntıların fəsadları ilə bağlı geniştərkibli iclas: Göstərişlər verildi - FOTO

Oktay Kaynarca “Süleyman Çakır”ı unutmadı - FOTO

Oktay Kaynarca “Süleyman Çakır”ı unutmadı - FOTO

"Tacir Şahmalıoğlu və Cabbar Musayevə bahalı maşın nömrələri verəcəyəm"

"Tacir Şahmalıoğlu və Cabbar Musayevə bahalı maşın nömrələri verəcəyəm"

“Nəticəni 24 saata biləcəyik” - Tramp

“Nəticəni 24 saata biləcəyik” - Tramp

“Karvan-Yevlax” “Kəpəz”ə qalib gəldi - VİDEO

“Karvan-Yevlax” “Kəpəz”ə qalib gəldi - VİDEO

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Sərhəddən təhlükə deyil, DOSTLUQ ƏLİ uzandı– Azərbaycan İranla münasibətlərdə yenə İLKİ REALLAŞDIRDI

Sərhəddən təhlükə deyil, DOSTLUQ ƏLİ uzandı– Azərbaycan İranla münasibətlərdə yenə İLKİ REALLAŞDIRDI

End of content

No more pages to load

RADİO