Maaşınızdan hər ay bu qədər KƏSİLƏCƏK

Azərbaycanda qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən işçilərin əməkhaqlarının vergiyə cəlb olunmasında yeni mərhələ başlayıb.

Belə ki, 2019-cu il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək qüvvədə olan və 8 000 manatadək əməkhaqqını gəlir vergisindən tam azad edən 7 illik güzəşt müddəti yekunlaşıb.

Cari ilin 1 yanvar tarixindən etibarən isə Vergi Məcəlləsinə uyğun olaraq, həmin sektorda çalışanların aylıq gəlirlərindən 3% dərəcəsi ilə gəlir vergisinin tutulmasına başlanılıb.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov 2019-cu ildə muzdlu çalışanların əldə etdiyi gəlirlərə görə verginin hesablanmasının dayandırılmasında əsas səbəb əmək münasibətlərinin ağardılması, qeyri-formal əmək bazarı ilə mübarizə və bu prosesdə müəyyən təşviqedici mühitin yaradılmasından qaynaqlandığını bildirib.

"Ötən dövr ərzində bununla bağlı, təbii ki, müəyyən nəticələr oldu. Təxminən 300-400 min yeni müqavilələr bağlandı. Bundan əlavə, mövcud əmək müqavilələrində göstərilən əməkhaqqının səviyyəsi də əvvəlki dövrlə müqayisədə xeyli artdı. Çünki, bu tədbir yalnız gəlir vergisi üzrə güzəştin verilməsi deyil, eyni zamanda sahibkarlıq subyektlərinə münasibətdə məcburi dövlət sosial sığorta haqqının işəgötürənə düşən hissəsinin azaldılması ilə paralel həyata keçirildi. Yəni, burada əsas məqsədlərdən biri də eyni zamanda işəgötürənlərin əmək münasibətlərini qanuniləşdirməsi istiqamətində mövcud olan fiskal təzyiqləri, yükü azaltmaqla prosesi təşviq etmək idi.
 

Və 2026-cı ildə bu güzəştin müddəti bitdi. Amma 2026-cı ildə güzəştin müddətinin bitməsindən əvvəl, 2024-2025-ci illərdə statistik göstəricilərin təhlili onu deməyə əsas verir ki, artıq muzdlu əmək bazarında şəffaflaşma meylləri yaxud da ki, bu istiqamətdəki inkişaf meylləri azalmağa başladı. Yəni, illik təxminən 2025-ci ildə 10 min, əvvəlki illə müqayisədə yeni müqavilə bağlanmış və muzdluların sayı artmışdı.


Bu artıq təbii artım sürətinə daha çox uyğun gəlir, nəinki təşviqedici mexanizmlər vasitəsilə prosesin dəstəklənməsinə.

Artıq bu istiqamətdə həyata keçirilən siyasət digər tədbirlərlə əhatə olunmadığı üçün ortaya qoya biləcəyi nəticələri qoydu və bu istiqamətdə doymuş meyllər hiss olunmaqda idi. Və buna görə də hökumət çox böyük ehtimalla o qərara gəldi ki, bu mexanizm artıq öz funksiyasını yerinə yetiribdir və prosesə töhfə vermə ehtimalları azdır. Ona görə də güzəştin müddətini artırmadı. Bu güzəştin müddəti 2025-ci ilin 31 dekabrında bitdi, güzəştin müddətini artırmadı.

İqtisadçı əlavə edib ki, fiskal gəlirlərin davamlılığı ilə bağlı risklər formalaşırdı:

"Buna görə hökumət bu məqsədləri də nəzərə almaqla, hədəfləri də nəzərə almaqla, büdcə gəlirlərini də nəzərə almaqla bu güzəştli müddətin artırılmasından imtina etdi. Lakin mərhələli keçid siyasətini seçdi. Yəni bu il 3%, gələn il 5%, 2027-2028 və sonrakı illərdə 7% olmaqla muzdlu gəlirlərə vergilər tətbiq ediləcəkdir.
 

Qeyd edim ki, əvvəlki il bu vergi dərəcəsi 14% idi. Yəni burada 7%-lik bir ümumi azaldılma qərarı qəbul edilib. Lakin həmin 7%-də digər tərəfdən işçilər tərəfindən, yəni ödənilən əlavə sosial sığorta haqqı olaraq əslində muzdlu çalışanın gəlirindən tutulur bugün. Yəni bütövlükdə götürəndə əlbəttə ki, bu konyunkturda qərar qəbul edildi.


Əlbəttə, arzuolunan deyildi, çünki, bir tərəfdən burada eyni zamanda digər bir məqamı da qeyd edim. Bu yanaşmanın özündə də bir fundamental çatışmazlıq vardır. Nə idi bu? Məsələn, dövlət sektorunda işləyib 400-500 manat əməkhaqqı alan şəxsə münasibətdə gəlirindən 14% vergi tutulur.

Amma özəl sektorda, məsələn, maliyyə sektorunda və yaxud informasiya texnologiyaları sahəsində 8000 manata qədər yüksək gəlir əldə edən şəxsin gəlirindən vergi tutulmur. Yəni bunun özündə də bir fundamental ədalətsizlik çatışmazlığı var idi.

Düşünürəm ki, bütün bunları nəzərə almaqla hökumət bu və ya digər şəkildə bu güzəştli müddəti artırmadı. Amma zamanlama heç də adekvat hesab oluna bilməz. Çünki, son illərdə inflyasiya təzyiqləri güclənib, qiymətlər artır. Bu eyni zamanda əhalinin alıcılıq gücünə mənfi təsir göstərir və son nəticədə əhalinin borclanmasında da özünü göstərməkdədir.
 

Əhalinin borc yükü ciddi şəkildə son 2-3 ildə artmaqdadır və belə bir şəraitdə onların əməkhaqqının bir hissəsinin də vergi şəklində tutulması, təbii ki, alıcılıq imkanını məhdudlaşdırmaqla, dolayısı ilə orta-uzunmüddətli dövrdə əmək bazarında yenidən deleqalizasiya prosesinin başlanması, yenidən müqavilələrin daha aşağı əməkhaqqı göstərilməklə bağlanması meyllərini təşviq edə bilər, dəstəkləyə bilər.


Digər tərəfdən, alıcılıq gücünün aşağı düşməsinin özünün məcmu tələbə mənfi təsiri və məşğulluğa mənfi təsiri əmək bazarında əməkhaqqı səviyyəsinə bütövlükdə artan rəqabət fonunda mənfi təsiri ilə müşahidə oluna bilər. Bu nəticələri biz növbəti mərhələlərdə daha aydın şəkildə analiz edə biləcəyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əslində, 20 qəpiyədir, amma 4 manata satılır

Əslində, 20 qəpiyədir, amma 4 manata satılır

Yeni sədr işdən çıxardığı rəisin əvəzinə onu TƏYİN ETDİ

Yeni sədr işdən çıxardığı rəisin əvəzinə onu TƏYİN ETDİ

Nəsrin itinə ad günü etdi - Video

Nəsrin itinə ad günü etdi - Video

İran danışıqlara başlamaq üçün iki şərt irəli sürdü

İran danışıqlara başlamaq üçün iki şərt irəli sürdü

Tramp: “İran nüvə silahından imtinaya söz verir, lakin…”

Tramp: “İran nüvə silahından imtinaya söz verir, lakin…”

Helinlə Aytaç sevgilidir?

Helinlə Aytaç sevgilidir?

ADNSU Əl-Fərabi adına Qazax Milli Universiteti ilə əməkdaşlığı daha da inkişaf etdirəcək - FOTO

ADNSU Əl-Fərabi adına Qazax Milli Universiteti ilə əməkdaşlığı daha da inkişaf etdirəcək - FOTO

20 il sonra atasını Azərbaycanda tapdı - Cərrah işləyirmiş

20 il sonra atasını Azərbaycanda tapdı - Cərrah işləyirmiş

“Nikosayağı” qardaşının toyunda BELƏ GÖRÜNTÜLƏNDİ - VİDEO

“Nikosayağı” qardaşının toyunda BELƏ GÖRÜNTÜLƏNDİ - VİDEO

Qusarda yağıntıların fəsadları ilə bağlı geniştərkibli iclas: Göstərişlər verildi - FOTO

Qusarda yağıntıların fəsadları ilə bağlı geniştərkibli iclas: Göstərişlər verildi - FOTO

Oktay Kaynarca “Süleyman Çakır”ı unutmadı - FOTO

Oktay Kaynarca “Süleyman Çakır”ı unutmadı - FOTO

"Tacir Şahmalıoğlu və Cabbar Musayevə bahalı maşın nömrələri verəcəyəm"

"Tacir Şahmalıoğlu və Cabbar Musayevə bahalı maşın nömrələri verəcəyəm"

“Nəticəni 24 saata biləcəyik” - Tramp

“Nəticəni 24 saata biləcəyik” - Tramp

“Karvan-Yevlax” “Kəpəz”ə qalib gəldi - VİDEO

“Karvan-Yevlax” “Kəpəz”ə qalib gəldi - VİDEO

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Sərhəddən təhlükə deyil, DOSTLUQ ƏLİ uzandı– Azərbaycan İranla münasibətlərdə yenə İLKİ REALLAŞDIRDI

Sərhəddən təhlükə deyil, DOSTLUQ ƏLİ uzandı– Azərbaycan İranla münasibətlərdə yenə İLKİ REALLAŞDIRDI

"Onlara haqqımı halal etmirəm" - Tatlısesin səsyazısı yayıldı

"Onlara haqqımı halal etmirəm" - Tatlısesin səsyazısı yayıldı

Naxçıvanda ağır QƏZA: Yaralılar var

Naxçıvanda ağır QƏZA: Yaralılar var

Tovuzda mikroavtobus qəza törətdi: Azyaşlı xəsarət aldı – FOTO

Tovuzda mikroavtobus qəza törətdi: Azyaşlı xəsarət aldı – FOTO

Maaşınızdan hər ay bu qədər KƏSİLƏCƏK

Maaşınızdan hər ay bu qədər KƏSİLƏCƏK

Xanımının geyiminə görə TRT-dən qovulub?

Xanımının geyiminə görə TRT-dən qovulub?

AYNA-dan taksilərlə bağlı iddialara CAVAB

AYNA-dan taksilərlə bağlı iddialara CAVAB

Naxçıvanda Ayətullah Əli Xameneinin 40 mərasimi təşkil olundu – FOTO

Naxçıvanda Ayətullah Əli Xameneinin 40 mərasimi təşkil olundu – FOTO

“Kızılcık Şerbeti”nin məşhur aktrisası vəkil oldu — FOTOLAR

“Kızılcık Şerbeti”nin məşhur aktrisası vəkil oldu — FOTOLAR

End of content

No more pages to load

RADİO