Qədirov qardaşlarının iddialarına RƏSMİ CAVAB

“Laçın rayonunun Arduşlu kəndindən olan Şahin və Vüqar Qədirov qardaşları tərəfindən “Facebook” sosial şəbəkəsində şəxsi hesablarında son günlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə və nüfuzuna xələl gətirəcək əsassız iddialardan, eləcə də Komitənin Aparat rəhbəri Eldar Zeynalovun ünvanına təhqir və böhtan xarakterli ifadələrdən ibarət statuslar paylaşılıb”. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatında qeyd olunub. 
 

“İlkin olaraq bildiririk ki, Şahin Qədirov məcburi köçkün kimi Binəqədi rayonu, Binəqədi şossesində yerləşən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan 2 saylı yataqxanada müvəqqəti olaraq qeydiyyata alınıb.


O, dövlət tərəfindən mənzillə təmin olunması üçün müxtəlif vaxtlarda Komitəyə ərizə ilə müraciət etmiş və rəhbərlik tərəfindən qəbul edilərək dinlənilib. Müraciət müəllifinə Komitənin məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunda boş yaşayış sahəsinin olmadığı və məcburi köçkün düşdüyü Arduşlu kəndinin yenidən qurulmasından sonra onun da doğma kəndində evlə təmin edilməsi məsələsinə mövcud qaydalar çərçivəsində baxılacağı barədə rəsmi olaraq məlumat verilib.

Şahin Qədirovun yenidən Komitəyə müraciəti nəzərə alınaraq o, 2026-cı il 8 aprel tarixində Aparat rəhbəri Eldar Zeynalov tərəfindən qəbul edilib.

Müraciət müəllifi hazırda fasilələrlə kirayə və qohum evlərində yaşadığını əsas gətirərək, antiterror əməliyyatları zamanı azad edilmiş yaşayış məntəqələrindən birində onun iki otaqdan ibarət evlə təmin olunmasını israrla tələb edib. 

Komitədə fəaliyyət göstərən “Daimi Məskunlaşma Komissiyası”nın üzvləri tərəfindən aparılmış araşdırma zamanı Ş.Qədirovun həyat yoldaşından rəsmi qaydada boşandığı və bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən ona yalnız bir otaqdan ibarət evin verilə biləcəyi müəyyən olunub. Bu bərədə, eləcə də hazırda antiterror əməliyyatları zamanı azad edilmiş yaşayış məntəqələrində bərpa edilmiş evlər arasında bir otaqdan ibarət evin olmadığı, gələcəkdə qeyd olunan yaşayış sahəsinə uyğun ev olduğu təqdirdə müraciətinin müsbət həll ediləcəyi onun diqqətinə çatdırılıb.
 

Bütün qeyd olunanlardan sonra, əsassız tələblərinin yerinə yetirilmədiyini görən Şahin Qədirov, qardaşı Vüqar Qədirovla birgə Dövlət Komitəsinin və onun vəzifəli şəxsinin ünvanına şər və böhtan xarakterli qərəzli fikirlərini sosial şəbəkə hesablarında paylaşmış, öz maraqlarını təmin etmək üçün ictimai çaşğınlıq və dövlət qurumuna inamsızlıq yaratmağa cəhd ediblər.


Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, dövlət orqanına və ya vəzifəli şəxsə qarşı bilərəkdən yalan, nüfuzdan salan məlumatların (böhtan və təhqir) yayılmasının Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi məsuliyyət yaratdığını vətəndaşların diqqətinə çatdırır  və onların  qanunazidd hərəkətləri ilə bağlı müvafiq hüquqi tədbirlərin görülməsi üçün məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır”, - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Asanlıqla pul qazanan bürclər

Asanlıqla pul qazanan bürclər

Azərbaycan və Almaniya arasında MÜHÜM İCLAS: Nələr müzakirə edildi?

Azərbaycan və Almaniya arasında MÜHÜM İCLAS: Nələr müzakirə edildi?

Trampın sabahkı görüşdən öncə etdiyi paylaşım müzakirə yaratdı – FOTO

Trampın sabahkı görüşdən öncə etdiyi paylaşım müzakirə yaratdı – FOTO

Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq - FOTO

Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq - FOTO

Qızı haqqında danışmaq istəmədi

Qızı haqqında danışmaq istəmədi

Oğuzda 30 ədəd qızılağac kəsildi: Saxlanılan var – FOTO

Oğuzda 30 ədəd qızılağac kəsildi: Saxlanılan var – FOTO

Bakıda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə tutuldu - ANBAAN VİDEO

Bakıda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə tutuldu - ANBAAN VİDEO

5 avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşdi

5 avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşdi

Polşalılar Əliyar Ağayevə yüksək qiymət verdilər

Polşalılar Əliyar Ağayevə yüksək qiymət verdilər

Pezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi: Nədən gileyləndi? - VİDEO

Pezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi: Nədən gileyləndi? - VİDEO

Bakıda Əli Xameneinin anım mərasimi keçirildi – FOTO

Bakıda Əli Xameneinin anım mərasimi keçirildi – FOTO

Gəncədə müəllim şagirdləri və ailələrini təhqir edib - RƏSMİ AÇIQLAMA

Gəncədə müəllim şagirdləri və ailələrini təhqir edib - RƏSMİ AÇIQLAMA

Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

Ruhəngiz Allahverdiyeva bu müğənni ilə evli olub?

Ruhəngiz Allahverdiyeva bu müğənni ilə evli olub?

Gündə yeddi saatdan az yatanların NƏZƏRİNƏ

Gündə yeddi saatdan az yatanların NƏZƏRİNƏ

Xruşşovun nifrət etdiyi, iki Nobel mükafatçısının heyran olduğu tatar qızı – Sovet sərhədlərini necə aşdı?

Xruşşovun nifrət etdiyi, iki Nobel mükafatçısının heyran olduğu tatar qızı – Sovet sərhədlərini necə aşdı?

Vəzifəsini itirən Naxçıvan Ombudsmanı kimdir?

Vəzifəsini itirən Naxçıvan Ombudsmanı kimdir?

Quba–Qonaqkənd yoluna alternativ marşrutun çəkilişinə START VERİLDİ - ÖZƏL - FOTO/VİDEO

Quba–Qonaqkənd yoluna alternativ marşrutun çəkilişinə START VERİLDİ - ÖZƏL - FOTO/VİDEO

ADY taxıl daşımalarını artırıb – FOTO

ADY taxıl daşımalarını artırıb – FOTO

Azərbaycanda xüsusi təyinatlılar həyəcan siqnalı ilə qaldırıldı - FOTO

Azərbaycanda xüsusi təyinatlılar həyəcan siqnalı ilə qaldırıldı - FOTO

Naxçıvanın ombudsmanı haqqında qanun ləğv olundu

Naxçıvanın ombudsmanı haqqında qanun ləğv olundu

Yağışın fəsadları belə aradan qaldırılır – VİDEO

Yağışın fəsadları belə aradan qaldırılır – VİDEO

Əli Əsədovun sədrliyi ilə MÜHÜM İCLAS – Sahibkarların problemləri GÜNDƏMDƏ – FOTO

Əli Əsədovun sədrliyi ilə MÜHÜM İCLAS – Sahibkarların problemləri GÜNDƏMDƏFOTO

“Sabah”ın zədəli futbolçusunun SON DURUMU

“Sabah”ın zədəli futbolçusunun SON DURUMU

End of content

No more pages to load

RADİO