Hər gün yediyimiz "zəhər": Şirin ləzzətin qaranlıq tərəfləri

Gündəlik həyatımızın ən sevilən şirniyyatlarından biri olan şokolad haqqında maraqlı və bir qədər də düşündürücü fakt məlum olub.

Bizim.Media xəbər verir ki, mütəxəssislər bildirirlər ki, şokoladın əsas tərkib hissəsi olan kakao əslində bitkilərin özünü qorumaq üçün istehsal etdiyi təbii zəhərdir.

Təbiətdə bir çox bitkilər otyeyənlərdən qorunmaq üçün müxtəlif müdafiə mexanizmləri inkişaf etdirir. Kakao paxlaları da bu strategiyanın bir hissəsi olaraq teobromin və kofein kimi metilksantin alkaloidləri sintez edir. Bu maddələr bitkini həşəratlardan və digər zərərvericilərdən qoruyur və əslində toksik xüsusiyyət daşıyır.

Araşdırmalara görə, bu maddələr xüsusilə heyvanlar üçün təhlükəlidir. İtlər, pişiklər və quşlar bu toksinləri parçalaya bilmədikləri üçün hətta az miqdarda tünd şokolad belə onların mərkəzi sinir sisteminə ciddi zərər verə və ürək problemlərinə səbəb ola bilər.

İnsan orqanizmi isə bu baxımdan daha davamlıdır. Qaraciyərdəki xüsusi fermentlər sayəsində bu zərərli maddələr daha sürətli zərərsizləşdirilir. Lakin bu, şokoladın tamamilə təhlükəsiz olduğu anlamına gəlmir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, metilksantinlər yüksək miqdarda qəbul edildikdə insan sağlamlığı üçün risk yarada bilər. Bu zaman ürəkbulanma, titrəmə, ürək ritmində pozğunluqlar və digər ciddi simptomlar ortaya çıxa bilər.

Elmi hesablamalara əsasən, yetkin bir insan üçün teobrominin öldürücü dozası təxminən 84 qram hesab olunur. Bu isə bir dəfəyə təxminən 6,5 kiloqram tünd şokolad yeməyə bərabərdir.

Bununla belə, insan orqanizmi adətən bu qədər yüksək miqdara çatmadan qoruyucu reaksiyalar - xüsusilə qusma refleksi - vasitəsilə özünü müdafiə edir.

Mütəxəssislər qeyd edirlər ki, adi miqdarda şokolad istehlakı təhlükəli olmasa da, həddindən artıq istifadə sağlamlıq üçün ciddi risklər yarada bilər. (Milli.Az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Leysan” effekti: 14 milyonluq yeyinti üzə çıxdı — FAKTLAR

“Leysan” effekti: 14 milyonluq yeyinti üzə çıxdı — FAKTLAR

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Tramp ABŞ-a kömək etmək istəməyən ölkələri cəzalandırmaqla hədələdi

Tramp ABŞ-a kömək etmək istəməyən ölkələri cəzalandırmaqla hədələdi

İran təsdiqlədi: "Hörmüz boğazında tankerlərdən ödəniş alınır"

İran təsdiqlədi: "Hörmüz boğazında tankerlərdən ödəniş alınır"

İmtahanlar nə qədər çətin olsa da, qəbul sayı dəyişməyəcək – Emin Əmrullayev

İmtahanlar nə qədər çətin olsa da, qəbul sayı dəyişməyəcək – Emin Əmrullayev

Müctəba qonşularına müraciət etdi: Şeytanlar...

Müctəba qonşularına müraciət etdi: Şeytanlar...

Fatmayıda torpaq QALMAQALI - Bələdiyyə sədri məhkəməyə verildi

Fatmayıda torpaq QALMAQALI - Bələdiyyə sədri məhkəməyə verildi

Dərman vurulan çiyələklər görün nə hala düşdü - VİDEO

Dərman vurulan çiyələklər görün nə hala düşdü - VİDEO

Hanter Bayden Trampın oğullarını qəfəs döyüşünə çağırdı – VİDEO

Hanter Bayden Trampın oğullarını qəfəs döyüşünə çağırdı – VİDEO

Məleykə Abbaszadə: “10 il ərzində imtahan zallarımızdan 6 milyondan çox insan keçib”

Məleykə Abbaszadə: “10 il ərzində imtahan zallarımızdan 6 milyondan çox insan keçib”

Ermənistanın Rusiyaya yeganə yolu BAĞLANDI

Ermənistanın Rusiyaya yeganə yolu BAĞLANDI

67 yaşlı kişi pensiyasından narazıdır - Səhv hesablanıbmış

67 yaşlı kişi pensiyasından narazıdır - Səhv hesablanıbmış

Estoniya İrəvanda səfirlik açıb

Estoniya İrəvanda səfirlik açıb

ABŞ NATO-nu tərk edərsə... – Avropanı gözləyən QORXUNC SSENARİ

ABŞ NATO-nu tərk edərsə... – Avropanı gözləyən QORXUNC SSENARİ

İsrail Beyrutda “Hizbullah” liderinin şəxsi katibini öldürüb

İsrail Beyrutda “Hizbullah” liderinin şəxsi katibini öldürüb

İrandan gətirilən bu məhsullarda uyğunsuzluq AŞKARLANDI - FOTO

İrandan gətirilən bu məhsullarda uyğunsuzluq AŞKARLANDI - FOTO

“Hizbullah” gəmi əleyhinə raketin buraxılışına dair görüntülər yaydı - VİDEO

“Hizbullah” gəmi əleyhinə raketin buraxılışına dair görüntülər yaydı - VİDEO

Macarıstandan məlumat daxil oldu - Kiberdələduzluq ifşa edildi

Macarıstandan məlumat daxil oldu - Kiberdələduzluq ifşa edildi

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycanda yeni gömrük mexanizmi hazırlanır

Azərbaycanda yeni gömrük mexanizmi hazırlanır

Avropa Liqasında 1/4 finalın ilk oyunları keçirildi - NƏTİCƏLƏR

Avropa Liqasında 1/4 finalın ilk oyunları keçirildi - NƏTİCƏLƏR

Qəzaya düşən sürücü belə xilas edildi – VİDEO

Qəzaya düşən sürücü belə xilas edildi – VİDEO

Evi vurularkən ağır yaralanan Xarazi öldü

Evi vurularkən ağır yaralanan Xarazi öldü

Əmtəə bazarlarında qızıl və gümüşün QİYMƏTİ

Əmtəə bazarlarında qızıl və gümüşün QİYMƏTİ

End of content

No more pages to load

RADİO