Qusar icra başçısının növbəti səyyar qəbulu: Sakinlərin müraciətləri ilə bağlı tapşırıq verdi - FOTO

Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Mucuq və Ləcət kəndlərində keçirilib. Rayon icra hakimiyyəti başçısının vətəndaş məmnunluğunun təmin edilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və yerlərdə mövcud problemlərin həlli məqsədilə səyyar vətəndaş qəbullarının keçirilməsi mütəmadi xarakter daşıyır.

Qusar Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, növbəti səyyar vətəndaş qəbulu aprelin 9-da rayonun Mucuq və Ləcət kəndlərində baş tutub.
 

Qəbullardan əvvəl Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səyyar qəbullarda rayon icra hakimiyyətinin başçısı ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul şəxsləri, aidiyyəti idarə və müəssisələrin, xidmət sahələrinin rəhbərləri və kəndlərin sakinləri iştirak edib.


Səyyar qəbuldan əvvəl Mucuq kəndində şəhidlərin xatirə lövhəsi ziyarət edilib, önünə gül dəstələri düzülərək şəhidlərimizin xatirəsi yad edilib.

Sakinlərlə görüş zamanı icra başçısı son günlərdə rayon ərazisində müşahidə olunan güclü yağıntılar səbəbindən sakinlərə dəymiş ziyanlarla maraqlanıb. Sakinlər fəsadların aradan qaldırılması istiqamətində görülmüş işlərə görə rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Mucuq kəndinin sakinləri güclü yağışların fəsadlarının aradan qaldırılması üçün əlavə texnikanın ayrılması, Həzrə-Qusar avtomobil yolunun xətlənməsi ilə bağlı müraciətlərini səsləndirib. Kənddə montyorun olmaması, əsasən axşam saatlarında qaz təzyiqinin zəif olması kimi məsələlər də sakinlərin müraciətləri sırasında yer alıb.
 

Ləcət kəndində keçirilən səyyar qəbul zamanı isə sakinlər kənd stadionunun təmirinə göstərilən dəstəyə görə rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər. Bununla yanaşı, bəzi evlərdə elektrik enerjisinin zəif olması, yolda hərəkət zamanı təhlükəsizlik məqsədilə süni maneələrin quraşdırılması, yağışlardan zərər görmüş fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi, eləcə də təhlükəli vəziyyətdə olan elektrik dirəklərinin yenilənməsi ilə bağlı məsələlər sakinlərin müraciətləri sırasında yer alıb.


Qəbullar zamanı vətəndaşların müraciətləri dinlənilib, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib, sakinlərə məsələlərin mahiyyəti izah olunub. Bildirilib ki, qaldırılan məsələlər araşdırılaraq, mərhələli şəkildə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.































Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günel Aslanova vəzifəsindən AYRILDI

Günel Aslanova vəzifəsindən AYRILDI

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

"WhatsApp" pullu olur

"WhatsApp" pullu olur

Kərimdən təsirli AÇIQLAMA: “Anamdan heç vaxt sığal görmədim…” - VİDEO

Kərimdən təsirli AÇIQLAMA: “Anamdan heç vaxt sığal görmədim…” - VİDEO

Azərbaycana maraq artır: Daimi yaşayış üçün 349 MÜRACİƏT

Azərbaycana maraq artır: Daimi yaşayış üçün 349 MÜRACİƏT

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

Ermənistanın Gürcüstanla sərhədində ZƏLZƏLƏ oldu

Ermənistanın Gürcüstanla sərhədində ZƏLZƏLƏ oldu

Qusar icra başçısının növbəti səyyar qəbulu: Sakinlərin müraciətləri ilə bağlı tapşırıq verdi - FOTO

Qusar icra başçısının növbəti səyyar qəbulu: Sakinlərin müraciətləri ilə bağlı tapşırıq verdi - FOTO

“50 Cent” haqda serial çəkilir

“50 Cent” haqda serial çəkilir

Putin atəşkəs ELAN ETDİ - FOTO

Putin atəşkəs ELAN ETDİ - FOTO

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Ürək sağlamlığını qoruyan 12 qida

Ürək sağlamlığını qoruyan 12 qida

Zeynəb Xanlarova və Alla Puqaçova illər əvvəl - Foto

Zeynəb Xanlarova və Alla Puqaçova illər əvvəl - Foto

End of content

No more pages to load

RADİO