Biləsuvar rayonu ərazisində iki fərqli yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, ilk hadisə rayon mərkəzində baş verib.
Belə ki, Xırmandalı kəndində yaşayan, 1991-ci il təvəllüdlü Rövşən Abbasov idarə etdiyi motosikletlə hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib və nəticədə motosiklet maneəyə çırpılıb.
Qəza zamanı o, müxtəlif xəsarətlər alaraq xəstəxanaya aparılıb.
Digər hadisə isə Amankənd kəndi ərazisində qeydə alınıb. “VAZ 2107” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Nəticədə sürücü xəsarət alıb və tibbi müəssisəyə yerləşdirilib.
Hər iki fakt üzrə araşdırma davam etdirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu