Unutqanlıq beyinin verdiyi önəmli siqnaldırmı?

Unutqanlıq adi bir hadisə kimi qəbul edilsə də, bəzi hallarda ciddi xəstəliklərin ilkin siqnalı ola bilər. Mütəxəssislər xüsusilə təkrarlanan və həyat keyfiyyətinə təsir edən unutqanlığın diqqətdən kənarda qalmamalı olduğunu bildirir.

Bizim.Media xəbər verir ki, nevroloq Hasan Armağan Uysal bildirib ki, normal və xəstəliklə bağlı unutqanlıq arasındakı əsas fərq informasiyanın itirilib-itirilməməsidir.

Onun sözlərinə görə, gündəlik həyatda açarın yerini unutmaq, adları xatırlamaqda çətinlik çəkmək və ya bir anlıq nə üçün hansısa yerə getdiyini unutmaq normal hesab olunur. Bu hallarda məlumat itmir, sadəcə gec xatırlanır.
 

Lakin xəstəliklə bağlı unutqanlıq zamanı informasiya tamamilə itə bilər. Bu halda insan eyni sualları təkrar-təkrar verir, hadisələri yenidən danışır və bunun fərqində olmur. Həkimin sözlərinə görə, belə vəziyyət artıq sadə unutqanlıq deyil, ciddi siqnaldır.


Mütəxəssis qeyd edib ki, gündəlik həyatı çətinləşdirən unutqanlıq halları xüsusi diqqət tələb edir. Tanış yerdə yolu itirmək, maliyyə işlərində qarışıqlıq, yemək hazırlayarkən mərhələləri unutmaq və ya söz tapmaqda çətinlik çəkmək kimi hallar "yaşa bağlı normal vəziyyət” kimi qiymətləndirilməməlidir.

Unutqanlığın ən çox rast gəlinən səbəblərindən biri olan alzheimer xəstəliyi adətən gizli şəkildə başlayır. Erkən mərhələdə yeni məlumatları öyrənmək çətinləşir, eyni suallar təkrarlanır və əşyalar qeyri-adi yerlərə qoyulur. Xəstəlik irəlilədikcə isə istiqamət tapmaq, qərar vermək və gündəlik həyatı təşkil etmək daha da çətinləşir.

Bununla yanaşı, hər unutqanlıq ciddi nevroloji problem demək deyil. Xüsusilə gənclərdə unutqanlığın səbəbi çox vaxt yuxusuzluq, stress, depressiya və həddindən artıq informasiya yüklənməsi ilə bağlı olur. Həkim vurğulayıb ki, yaddaşın düzgün işləməsi üçün diqqət vacibdir və bəzən problem yaddaşda deyil, diqqətin zəifləməsində olur.
 

Mütəxəssis həmçinin bildirib ki, unutqanlıq getdikcə artırsa, gündəlik həyata təsir edirsə və ya davranış dəyişiklikləri ilə müşayiət olunursa, vaxt itirmədən müayinə olunmaq vacibdir. Erkən diaqnoz xəstəliyin gedişini idarə etməyə, müstəqilliyi daha uzun müddət qorumağa və düzgün müalicəyə vaxtında başlamağa imkan yaradır.


Sonda həkim beyin sağlamlığını qorumaq üçün sağlam həyat tərzinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu, sosial ünsiyyət, yeni biliklər öyrənmək və ümumi sağlamlıq göstəricilərinə nəzarət yaddaşın qorunmasında mühüm rol oynayır.(qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çempionlar Liqasında həftənin ən yaxşısı AÇIQLANDI

Çempionlar Liqasında həftənin ən yaxşısı AÇIQLANDI

Aprelin 10-u ilə bağlı XƏBƏRDARLIQ – Günorta saatlarında…

Aprelin 10-u ilə bağlı XƏBƏRDARLIQ – Günorta saatlarında…

“Uzak Şehir”də sürpriz dəyişiklik – yeni aktyor gəldi, balans pozulur?

“Uzak Şehir”də sürpriz dəyişiklik – yeni aktyor gəldi, balans pozulur?

AYİB Azərbaycan və region ölkələrinə 5 milyard avro ayıracaq

AYİB Azərbaycan və region ölkələrinə 5 milyard avro ayıracaq

Bu şəxslərin maaşı minimum 1170 manat olacaq

Bu şəxslərin maaşı minimum 1170 manat olacaq

"Elmira cadugərliklə məşğul idi" - Bakıxanovda öldürülən şəxsin anası danışdı

"Elmira cadugərliklə məşğul idi" - Bakıxanovda öldürülən şəxsin anası danışdı

Paşinyan: “Azərbaycanla dəmir yolu əlaqəsi regional ticarətin inkişafına təkan verir”

Paşinyan: “Azərbaycanla dəmir yolu əlaqəsi regional ticarətin inkişafına təkan verir”

Özbəkistanda xəzinələrlə dolu 3000 illik qədim şəhər kəşf edildi

Özbəkistanda xəzinələrlə dolu 3000 illik qədim şəhər kəşf edildi

Ofeliya Şabanovaya ağır itki - VİDEO

Ofeliya Şabanovaya ağır itki - VİDEO

İş günü qısaldılacaq - Bu tarixdə

İş günü qısaldılacaq - Bu tarixdə

Dəridəki yara izlərini yox edən MÖCÜZƏVİ YAĞ: Faydasını çox az adam bilir!

Dəridəki yara izlərini yox edən MÖCÜZƏVİ YAĞ: Faydasını çox az adam bilir!

Biləsuvarda iki ağır QƏZA: Xəsarət alanlar var

Biləsuvarda iki ağır QƏZA: Xəsarət alanlar var

Birinci Liqa: “Şəfa” “Səbail”ə qalib gəldi - VİDEO

Birinci Liqa: “Şəfa” “Səbail”ə qalib gəldi - VİDEO

Netanyahu Livanla birbaşa danışıqlara başlamağı TAPŞIRDI

Netanyahu Livanla birbaşa danışıqlara başlamağı TAPŞIRDI

Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir

Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir

Bakıya yenə ardıcıl yağışlar yağacaq - Bu tarixlərdə

Bakıya yenə ardıcıl yağışlar yağacaq - Bu tarixlərdə

DİQQƏT! Sabah Bakının 3 rayonunda qaz kəsiləcək

DİQQƏT! Sabah Bakının 3 rayonunda qaz kəsiləcək

Unutqanlıq beyinin verdiyi önəmli siqnaldırmı?

Unutqanlıq beyinin verdiyi önəmli siqnaldırmı?

İran tərəfdən danışıqlar masasında onlar əyləşəcək – ADLAR

İran tərəfdən danışıqlar masasında onlar əyləşəcək – ADLAR

Hövsanda 1.5 kilometrlik yolda 25 “dinozavr yuvası...” - Video-Yenilənib

Hövsanda 1.5 kilometrlik yolda 25 “dinozavr yuvası...” - Video-Yenilənib

Litvanın Baş naziri Milli Xalça Muzeyində - FOTO

Litvanın Baş naziri Milli Xalça Muzeyində - FOTO

Tanınmış ifaçı Opera Teatrını məhkəməyə verir

Tanınmış ifaçı Opera Teatrını məhkəməyə verir

Pentaqon Roma Papasını HƏDƏLƏDİ

Pentaqon Roma Papasını HƏDƏLƏDİ

Aslan Sultani: “ABŞ və İran rəsmiləri arasında görüş ləğv oluna bilər” – ÖZƏL

Aslan Sultani: “ABŞ və İran rəsmiləri arasında görüş ləğv oluna bilər” – ÖZƏL

End of content

No more pages to load

RADİO