Yağışlar kirayə bazarını da “daşırdı” – Qiymətlər “əl yandırır”

Son günlər ard-arda yağan güclü yağışların fəsadlarından sonra Bakı və Abşeronun əmlak bazarında dəyişiklik müşahidə olunmağa başladı. Xüsusilə də kirayə bazarında vəziyyət daha da gərginləşib.

Rieltorların sözlərinə görə, xüsusilə subasma olan ərazilərdən köçənlərin sayının artması kirayə evlərə tələbatı yüksəldib. Təlabatın yüksəlməsi ilə də qiymətlərdə artım müşahidə olunur və hazırda “cibə uyğun” kirayə mənzil tapmaq çətinləşib.

Rieltor Mənsur Babayevin Bizim.Media-ya verdiyi məlumata görə hazırda bazarda kirayəlik ev tapmaq əvvəlki kimi asan deyil:

“Əvvəllər ucuz başa gəlsin deyə şəhərətrafı həyət evlərinə üstünlük verirdilər. Ancaq yağışlı günlərdə qəsəbələrdə yaranan gölməçələr və subasmalardan sonra həm rayonlardan yeni gəlmək istəyənlər, həm də həyət evlərində yaşayanların gözü qorxdu.

İndi eyni problemi təkrar yaşamamaq üçün bina evlərinə üz tuturlar. Bəziləri isə həyət evini dəyər-dəyməzinə satışa çıxarıb, müvəqqəti olaraq bina evində kirayə qalmağ istəyir. Ona görə də ev tapmaq mümkün deyil”.

Rieltor deyir ki, təkliflər demək olar ki, tükənib. Əgər əvvəllər 1-2 otaqlı mənzillər kirayələmək üçün çətin tapılırdısa, indi 3 otaqlılar da azalıb.

Ümumiyyətlə təkliflər vasitəçilərə gələnə qədər, sakinlər özləri bir-birinə axtarıb tapırlar. Onsuz da baha olan kirayələr səbəbindən bir də maklerlərə ofis haqqı vermək niyyətində olmurlar.

“Yağışlara qədər şəhər ətrafı qəsəbələrdə 300 manata binada mənzil kirayələmək mümkün olurdusa, indi 400-ə tapan sevinir. Halbuki indiyə qədər 400 manata qəsəbələrdə 3 otaqlı mənzillər kirayə verilirdi. İndi bu qiymətə 1 otaqlılardır. Yağışdan sonra bazar əməlli-başlı dəyişdi. İndi hamı bina evinə qaçır”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müctəba qonşularına müraciət etdi: Şeytanlar...

Müctəba qonşularına müraciət etdi: Şeytanlar...

Fatmayıda torpaq QALMAQALI - Bələdiyyə sədri məhkəməyə verildi

Fatmayıda torpaq QALMAQALI - Bələdiyyə sədri məhkəməyə verildi

Dərman vurulan çiyələklər görün nə hala düşdü - VİDEO

Dərman vurulan çiyələklər görün nə hala düşdü - VİDEO

Hanter Bayden Trampın oğullarını qəfəs döyüşünə çağırdı – VİDEO

Hanter Bayden Trampın oğullarını qəfəs döyüşünə çağırdı – VİDEO

Məleykə Abbaszadə: “10 il ərzində imtahan zallarımızdan 6 milyondan çox insan keçib”

Məleykə Abbaszadə: “10 il ərzində imtahan zallarımızdan 6 milyondan çox insan keçib”

Ermənistanın Rusiyaya yeganə yolu BAĞLANDI

Ermənistanın Rusiyaya yeganə yolu BAĞLANDI

67 yaşlı kişi pensiyasından narazıdır - Səhv hesablanıbmış

67 yaşlı kişi pensiyasından narazıdır - Səhv hesablanıbmış

Estoniya İrəvanda səfirlik açıb

Estoniya İrəvanda səfirlik açıb

ABŞ NATO-nu tərk edərsə... – Avropanı gözləyən QORXUNC SSENARİ

ABŞ NATO-nu tərk edərsə... – Avropanı gözləyən QORXUNC SSENARİ

İsrail Beyrutda “Hizbullah” liderinin şəxsi katibini öldürüb

İsrail Beyrutda “Hizbullah” liderinin şəxsi katibini öldürüb

İrandan gətirilən bu məhsullarda uyğunsuzluq AŞKARLANDI - FOTO

İrandan gətirilən bu məhsullarda uyğunsuzluq AŞKARLANDI - FOTO

“Hizbullah” gəmi əleyhinə raketin buraxılışına dair görüntülər yaydı - VİDEO

“Hizbullah” gəmi əleyhinə raketin buraxılışına dair görüntülər yaydı - VİDEO

Macarıstandan məlumat daxil oldu - Kiberdələduzluq ifşa edildi

Macarıstandan məlumat daxil oldu - Kiberdələduzluq ifşa edildi

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycanda yeni gömrük mexanizmi hazırlanır

Azərbaycanda yeni gömrük mexanizmi hazırlanır

Avropa Liqasında 1/4 finalın ilk oyunları keçirildi - NƏTİCƏLƏR

Avropa Liqasında 1/4 finalın ilk oyunları keçirildi - NƏTİCƏLƏR

Qəzaya düşən sürücü belə xilas edildi – VİDEO

Qəzaya düşən sürücü belə xilas edildi – VİDEO

Evi vurularkən ağır yaralanan Xarazi öldü

Evi vurularkən ağır yaralanan Xarazi öldü

Əmtəə bazarlarında qızıl və gümüşün QİYMƏTİ

Əmtəə bazarlarında qızıl və gümüşün QİYMƏTİ

Cənubi Koreyada şagird və tələbələrə kompüterlər paylanacaq

Cənubi Koreyada şagird və tələbələrə kompüterlər paylanacaq

Papanın bu görüntüləri gündəm oldu – VİDEO

Papanın bu görüntüləri gündəm oldu – VİDEO

Restoranlarda “servis haqqı” MÜƏMMASI - Müştəri ödəməyə məcburdur?

Restoranlarda “servis haqqı” MÜƏMMASI - Müştəri ödəməyə məcburdur?

DİQQƏT! Bu cümlələrlə başlayan mesajlara girməyin – Yeni hücum dalğası

DİQQƏT! Bu cümlələrlə başlayan mesajlara girməyin – Yeni hücum dalğası

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

End of content

No more pages to load

RADİO