Bakıda velosiped və skuter sürənlərin sayı AÇIQLANDI – FOTO

Bu ilin I rübündə mikromobillik vasitələri ilə 1 milyon km-dən çox yol qət edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
 

Belə ki, mikromobillik infrastrukturunun inkişafı istiqamətində görülən işlər, şəhər konsepsiyası üzrə mikromobillik zolaqları şəbəkəsinin genişləndirilməsi, velosiped və elektrik mühərrikli kiçik nəqliyyat vasitələrindən istifadənin təşviqi bu nəqliyyat növlərinə marağı xeyli artırıb.


2026-cı ilin ilk 3 ayı ərzində Bakı şəhəri üzrə mikromobillik vasitələri 676 907 dəfə sifariş olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur.

Xüsusilə velosipedlərin sifarişində nəzərəçarpacaq dərəcədə artım qeydə alınıb.

Belə ki, ötən ilin ilk rübündə velosiped 49 082 dəfə sifariş olunduğu halda, bu ilin müvafiq dövründə 188 847 dəfə sifariş edilib ki, bu da 4 dəfə çoxdur.

Eyni zamanda, velosipeddən istifadə edənlərin sayı da 4 dəfə artaraq 86 445 nəfər təşkil edib.

Cari ilin yanvar-mart aylarında alternativ nəqliyyat növü kimi mikromobillik vasitələrindən istifadə edənlərin sayı 344 201 nəfərdir. Bu, 2025-ci ilin ilk 3 ayının göstəricilərindən 1,5 dəfə çoxdur.

Xüsusilə yaxın məsafələrə səfərlər zamanı geniş istifadə edilən velosiped və skuterlərlə bu ilin 3 ayında 1 345 398 kilometr yol qət edilib. Bu, ötən illə müqayisədə 1,4 dəfədən çoxdur.

Qeyd edək ki, bu rəqəmlər yalnız kirayə xidmətinə dair məlumatları əks etdirir.

Şəxsi velosiped və skuterlərindən istifadə edənləri də nəzərə alsaq, rəqəmlərin daha çox olduğunu demək olar.

Aktiv mobillik tədbirlərinin həyata keçirilməsi üçün mikromobillik infrastrukturu genişləndirilir.

Hazırda mikromobillik zolağının ümumi uzunluğu 60,5 kilometr təşkil edir. Şəbəkənin uzunluğunun 100 kilometrə çatdırılması planlaşdırılır.

Görülən işlər çərçivəsində skuterlər üçün 872, velosipedlər üçün isə 623 parklanma məntəqəsi təşkil edilib. Hazırda icarəyə verilən skuter sayı 4240, velosiped sayı isə 2200-dür.

Əhali arasında mikromobillik vasitələrinə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsinin genişləndirilməsi davam etdiriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Seda Sayan: "Bu corabı mənə Beyons göndərib" - VİDEO

Seda Sayan: "Bu corabı mənə Beyons göndərib" - VİDEO

Şəxsiyyət vəsiqəsi və pasport almaq ONLAYN olacaq?

Şəxsiyyət vəsiqəsi və pasport almaq ONLAYN olacaq?

Kirayədə qalanların DİQQƏTİNƏ – Qeydiyyata düşməsəniz...

Kirayədə qalanların DİQQƏTİNƏ – Qeydiyyata düşməsəniz...

Paris Olimpiadasının yenilənmiş medalları idmançılarımıza TƏQDİM OLUNDU

Paris Olimpiadasının yenilənmiş medalları idmançılarımıza TƏQDİM OLUNDU

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Xəstənin ölümündə təqsirləndirilən həkimə HÖKM OXUNDU

Xəstənin ölümündə təqsirləndirilən həkimə HÖKM OXUNDU

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR

“İmişli”nin heyətində CİDDİ İTKİ

“İmişli”nin heyətində CİDDİ İTKİ

Maşında musiqinin səsini azaltmasını istədi, xəstəxanalıq oldu

Maşında musiqinin səsini azaltmasını istədi, xəstəxanalıq oldu

İbrahim Tatlısəsin səhhəti ilə bağlı vacib XƏBƏR

İbrahim Tatlısəsin səhhəti ilə bağlı vacib XƏBƏR

Qadın azarkeşlərə jest edən “Qarabağ”ın niyə qadınlardan ibarət komandası yoxdur? – Klubdan AÇIQLAMA

Qadın azarkeşlərə jest edən “Qarabağ”ın niyə qadınlardan ibarət komandası yoxdur? – Klubdan AÇIQLAMA

Tamerlan Qarayev Bakıya gəldi – FOTO

Tamerlan Qarayev Bakıya gəldi – FOTO

"Hizbullah" lideri Naim Qasımın müavini öldürüldü - FOTO

"Hizbullah" lideri Naim Qasımın müavini öldürüldü - FOTO

1-ci sinfə qəbulla bağlı yenilik

1-ci sinfə qəbulla bağlı yenilik

Türkiyənin daxili işlər naziri İlham Əliyevin QƏBULUNDA – FOTO

Türkiyənin daxili işlər naziri İlham Əliyevin QƏBULUNDA – FOTO

İlham Əliyev Litvanın Baş naziri ilə görüşdü - FOTO

İlham Əliyev Litvanın Baş naziri ilə görüşdü - FOTO

Zaqatalaya qar YAĞIR – VİDEO

Zaqatalaya qar YAĞIR – VİDEO

Məscidi-Əqsa 41 gündən sonra ibadətə açıldı - FOTO

Məscidi-Əqsa 41 gündən sonra ibadətə açıldı - FOTO

Bakıda müdir maaşını istəyən işçisini döydü

Bakıda müdir maaşını istəyən işçisini döydü

Tələbələr arasında SORĞU - Universitet sizi əmək bazarına, yoxsa imtahanlara HAZIRLAYIR? – VİDEO

Tələbələr arasında SORĞU - Universitet sizi əmək bazarına, yoxsa imtahanlara HAZIRLAYIR? – VİDEO

Bağçaya gedən uşaqların sayı açıqlanıb

Bağçaya gedən uşaqların sayı açıqlanıb

“Qalatasaray” “Göztəpə”yə qalib gəldi - VİDEO

“Qalatasaray” “Göztəpə”yə qalib gəldi - VİDEO

Zelenski: "Putinlə görüşməyə hazıram, amma Moskvada yox"

Zelenski: "Putinlə görüşməyə hazıram, amma Moskvada yox"

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR

End of content

No more pages to load

RADİO