Uralda Azərbaycan diasporunun sabiq rəhbəri Şahin Şıxlinskiyə hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi işi üzrə daha doqquz il ciddi rejimli koloniyada cəza verilməsi istənilib.
Bizim.Media xəbər verir ki, Rusiya KİV-inin yaydığı məlumata görə, prokurorluq onun oğlu Mutvalı Şıxlinski üçün də eyni ittiham üzrə doqquz il cəza tələb edir. Lakin onun cəzasını ümumi rejimli koloniyada çəkməsi istənilir.
Ata və oğul Şıxlinskilər özlərini təqsirli bilməyiblər.
Söhbət 2025-ci ilin iyulunda güc strukturları nümayəndələrindən birinin vurulması hadisəsindən gedir. Avtomobilin sükanı arxasında Mutvalı Şıxlinski olub.
Qeyd edək ki, Şahin Şıxlinski martın 5-də qəsdən adam öldürmək, sifarişli qətlə cəhd maddələri ilə 22 il müddətinə azadlıqdan məhrum olunub.
Bizim.Media