Bakıda qadın qonşusunun burnunu sındırdı

Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Kəmalə Məmmədovanın (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən son iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsiri sübuta yetirilmədiyinə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilib.

Kəmalə Məmmədova CM-in 127.1-ci (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilmiş amnistiya qərarının 5.1-ci bəndinin tətbiqi ilə qadın təyin edilmiş cəzadan azad olunub.

İttihama görə, hadisə 19 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evlərinin birinin həyətində qeydə alınıb.

Belə ki, təqsirləndirilən şəxs qonşuluqda yaşayan zərərçəkmiş Təranə Vəliyeva (adı, soyadı şərtidir - red.) ilə aralarındakı mübahisəni davam etdirib.

Araşdırmalar zamanı müəyyən edilib ki, hadisədən bir qədər əvvəl zərərçəkmiş şəxs digər qonşunun evində ondan borc verdiyi 200 manat pulu tələb edib.

Bu səbəbdən tərəflər arasında sözlü mübahisə yaranıb. Həmin vaxt orada olan Kəmalə isə bu vəziyyətə irad bildirərək mübahisəyə qoşulub və qarşıdurmanı daha da gərginləşdirib.

Daha sonra o, həyətdə ictimai qaydanı kobud şəkildə pozub, qərəzli xuliqanlıq niyyəti ilə Təranəyə qarşı fiziki zor tətbiq edib, onun baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirib.

Nəticədə zərərçəkmiş şəxs burun sümüyünün qapalı yerdəyişmiş sınığı, burunun şişkinliyi, qançırı, qanaxma və tənəffüsün pozulması ilə müşayiət olunan xəsarətlər alıb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə tövsif olunub.

Məhkəmə iclasında dindirilən Kəmalə Məmmədova özünü iş üzrə təqsirli bilməyərək verilmiş ittihamları qəbul etmədiyini deyib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kirayədə qalanların DİQQƏTİNƏ – Qeydiyyata düşməsəniz...

Kirayədə qalanların DİQQƏTİNƏ – Qeydiyyata düşməsəniz...

Paris Olimpiadasının yenilənmiş medalları idmançılarımıza TƏQDİM OLUNDU

Paris Olimpiadasının yenilənmiş medalları idmançılarımıza TƏQDİM OLUNDU

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Xəstənin ölümündə təqsirləndirilən həkimə HÖKM OXUNDU

Xəstənin ölümündə təqsirləndirilən həkimə HÖKM OXUNDU

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR

“İmişli”nin heyətində CİDDİ İTKİ

“İmişli”nin heyətində CİDDİ İTKİ

Maşında musiqinin səsini azaltmasını istədi, xəstəxanalıq oldu

Maşında musiqinin səsini azaltmasını istədi, xəstəxanalıq oldu

İbrahim Tatlısəsin səhhəti ilə bağlı vacib XƏBƏR

İbrahim Tatlısəsin səhhəti ilə bağlı vacib XƏBƏR

Qadın azarkeşlərə jest edən “Qarabağ”ın niyə qadınlardan ibarət komandası yoxdur? – Klubdan AÇIQLAMA

Qadın azarkeşlərə jest edən “Qarabağ”ın niyə qadınlardan ibarət komandası yoxdur? – Klubdan AÇIQLAMA

Tamerlan Qarayev Bakıya gəldi – FOTO

Tamerlan Qarayev Bakıya gəldi – FOTO

"Hizbullah" lideri Naim Qasımın müavini öldürüldü - FOTO

"Hizbullah" lideri Naim Qasımın müavini öldürüldü - FOTO

1-ci sinfə qəbulla bağlı yenilik

1-ci sinfə qəbulla bağlı yenilik

Türkiyənin daxili işlər naziri İlham Əliyevin QƏBULUNDA – FOTO

Türkiyənin daxili işlər naziri İlham Əliyevin QƏBULUNDA – FOTO

İlham Əliyev Litvanın Baş naziri ilə görüşdü - FOTO

İlham Əliyev Litvanın Baş naziri ilə görüşdü - FOTO

Zaqatalaya qar YAĞIR – VİDEO

Zaqatalaya qar YAĞIR – VİDEO

Məscidi-Əqsa 41 gündən sonra ibadətə açıldı - FOTO

Məscidi-Əqsa 41 gündən sonra ibadətə açıldı - FOTO

Bakıda müdir maaşını istəyən işçisini döydü

Bakıda müdir maaşını istəyən işçisini döydü

Tələbələr arasında SORĞU - Universitet sizi əmək bazarına, yoxsa imtahanlara HAZIRLAYIR? – VİDEO

Tələbələr arasında SORĞU - Universitet sizi əmək bazarına, yoxsa imtahanlara HAZIRLAYIR? – VİDEO

Bağçaya gedən uşaqların sayı açıqlanıb

Bağçaya gedən uşaqların sayı açıqlanıb

“Qalatasaray” “Göztəpə”yə qalib gəldi - VİDEO

“Qalatasaray” “Göztəpə”yə qalib gəldi - VİDEO

Zelenski: "Putinlə görüşməyə hazıram, amma Moskvada yox"

Zelenski: "Putinlə görüşməyə hazıram, amma Moskvada yox"

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR

Rihanna qızı ilə Paris küçələrində - FOTO

Rihanna qızı ilə Paris küçələrində - FOTO

Yüksək gərginlikli elektrikə qoşulma haqqı dəyişə bilər – Yeni qaydalar

Yüksək gərginlikli elektrikə qoşulma haqqı dəyişə bilər – Yeni qaydalar

End of content

No more pages to load

RADİO