Zaqatalada 36 yaşlı Qəbzdərə kənd sakini Elmir Bayramovu “tok” vurub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, o, dərhal hadisə şahidləri tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlər pasiyentin vəziyyətini orta-ağır qiymətləndirirlər.
Hazırda fakt araşdırılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal - Qərb bürosu