Azərbaycanda yaşı 100 və daha yuxarı olan şəxslərin sayı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunur ki, bu ilin yanvarına olan vəziyyətə əsasən, ölkə üzrə 100 və yuxarı yaşda əhalinin ümumi sayı 1 471 nəfər (629 kişi, 842 qadın) qeydə alınıb.
Bizim.Media