Perinatal Mərkəzin sabiq direktoru: "TƏBİB-ə iki ay yalvardım"

Respublika Perinatal Mərkəzində yeddi körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
 

MÖVZU İLƏ BAĞLI: 

7 körpənin öldüyü Perinatal Mərkəz 350 manat CƏRİMƏLƏNDİ


Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə mərkəzin təqsirləndirilən sabiq direktoru Mehriban Abasquliyevanın ifadəsi dinlənilib.

M.Abasquliyeva deyib ki, əvvəlki direktorla təhvil-təslim aparılan zaman yanğın siqnalizasiya sistemi işlək olmayıb və o bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) məlumat verib.

O, mövcud problemlərlə mərkəzin necə fəaliyyət göstərməsi ilə bağlı suala cavab verərkən söyləyib ki, 14 il ərzində mərkəzin yanğın siqnalizasiya sistemi işləməsə də, mərkəz işini davam etdirib:

"Mənim mərkəzin fəaliyyətini dayandırmaq, xəstələri qəbul etməmək kimi səlahiyyətim yox idi. Bütün xəstəxanalar xəstələri Səhiyyə Nazirliyinin 2013-cü il 24 saylı əmrinə əsasən qəbul edir. Mərkəzdə kənddən gələn qadınlar da var idi. Yerli xəstəxanalar onları qəbul edir, lazım olduğu təqdirdə bizə göndərirdilər. Tibb müəssisəsinin kateqoriyasının artırılması ilə bağlı müraciət etməmişəm. O bizim səlahiyyətimizdə deyil, prosedurun necə olduğunu bilmirdim. Bizdə olan küvəzlərin sayı barədə məlumat TƏBİB-də var idi. Biz küvəz sifariş verə bilmirdik, TƏBİB-dən göndərilirdi. "WhatsApp" qrupu var idi, qrupun inzibatçısı TƏBİB-in mütəxəssisi idi, xəstələr göndəriləndə həmin qrupa yazılırdılar".

M.Abasquliyeva onu da bildirib ki, onun hər hansı bir tibbi avadanlıq almaq səlahiyyəti olmayıb:

"Mən 2022-ci ilin, eləcə də 2024-cü ilin büdcəsində iştirak etməmişəm. Əgər alınacaq avadanlıq kiçik büdcə ilə həll olunurdusa, mən ala bilirdim. Bu səbəblərdən mərkəzin mühasibi işləyə bilməyəcəyini bildirərək işdən ayrılmışdı. Mən TƏBİB-ə iki ay yalvardım ki, bizə mühasib göndərsinlər".

Onun sözlərinə görə, direktor təyin ediləndən sonra TƏBİB-in İdarə Heyətinin sədri mərkəzdə olub:

"Fevral ayında böyük yoxlama gəldi. Bizə TƏBİB-dən gələnlər problemlərlə bağlı aktlar yazmışdılar, mən həmin aktları görməmişəm. Yeni otaqların açılması ilə bağlı TƏBİB-ə məlumat verilmişdi. Özləri də gəlib həmin otaqları görmüşdülər. TƏBİB-in mütəxəssisi daim mərkəzə gəlirdi. Mərkəzdə elektrik yuvalarının işləməməsi ilə bağlı mənə məlumat verilməmişdi, məlumat verilsəydi, təmir etdirərdik".

Növbəti iclas aprelin 15-nə təyin olunub.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
 

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində yeddi yenidoğulmuş ölüb, dörd nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan dəyib.


Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, istintaqla Fövqəladə Hallar Nazirliyi tərəfindən mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
 

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.


Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində Respublika Perinatal Mərkəzi, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyevdən Məsud Pezeşkiana TELEFON ZƏNGİ

İlham Əliyevdən Məsud Pezeşkiana TELEFON ZƏNGİ

ABŞ-ın 15, İranın 10 ŞƏRTİ – Yekun razılaşma üçün əsas maneələr və mümkün KOMPROMİS VARİANTLARI

ABŞ-ın 15, İranın 10 ŞƏRTİ – Yekun razılaşma üçün əsas maneələr və mümkün KOMPROMİS VARİANTLARI

İran millisi dünya çempionatında İŞTİRAK EDƏCƏK?

İran millisi dünya çempionatında İŞTİRAK EDƏCƏK?

Yevlaxda rəisin sürücüsü qəza törətdi - 9 yaşlı oğlan iflic oldu - FOTO

Yevlaxda rəisin sürücüsü qəza törətdi - 9 yaşlı oğlan iflic oldu - FOTO

Türkiyə İrana humanitar yardım göndərdi - FOTO

Türkiyə İrana humanitar yardım göndərdi - FOTO

"Xoşbəxt olmağı seçirəm" – FOTO

"Xoşbəxt olmağı seçirəm" – FOTO

Zaqatalada "Azərişıq" əməkdaşı dirəkdən yıxıldı

Zaqatalada "Azərişıq" əməkdaşı dirəkdən yıxıldı

Paris-2024 medalları yenilənib: İki idmançımız üçün təqdimat mərasimi keçiriləcək

Paris-2024 medalları yenilənib: İki idmançımız üçün təqdimat mərasimi keçiriləcək

Fəxri konsul açıq-saçıq görüntülərinə görə GERİ ÇAĞIRILDI – FOTO

Fəxri konsul açıq-saçıq görüntülərinə görə GERİ ÇAĞIRILDI – FOTO

Nazirlikdə görüş: Bu müqavilənin müddəti uzadıldı - FOTO

Nazirlikdə görüş: Bu müqavilənin müddəti uzadıldı - FOTO

İran atəşkəsi pozdu - Küveyt və BƏƏ-yə ZƏRBƏ ENDİRDİ

İran atəşkəsi pozdu - Küveyt və BƏƏ-yə ZƏRBƏ ENDİRDİ

TƏBİB-ə bu şəxslər rəhbərlik edəcək – SİYAHI

TƏBİB-ə bu şəxslər rəhbərlik edəcək – SİYAHI

Azərbaycanda süni intelleklə hazırlanacaq lüğət nə vaxt nəşr olunacaq?

Azərbaycanda süni intelleklə hazırlanacaq lüğət nə vaxt nəşr olunacaq?

İslamabadda TARİXİ GÖRÜŞ: İranı kim təmsil edəcək?

İslamabadda TARİXİ GÖRÜŞ: İranı kim təmsil edəcək?

Zəlzələ ilə əlaqədar dağıntı və tələfat barədə rəsmi açıqlama

Zəlzələ ilə əlaqədar dağıntı və tələfat barədə rəsmi açıqlama

Bir vəkil kollegiyadan çıxarıldı, digəri cərimələndi

Bir vəkil kollegiyadan çıxarıldı, digəri cərimələndi

TƏBİB-in Müşahidə Şurasının yeni sədri Xalid Əhədov kimdir? – DOSYE

TƏBİB-in Müşahidə Şurasının yeni sədri Xalid Əhədov kimdir? – DOSYE

Yusif Eyvazovla bağlı nazirlikdən AÇIQLAMA

Yusif Eyvazovla bağlı nazirlikdən AÇIQLAMA

Prezidentdən Kənan Əsədovla bağlı SƏRƏNCAM

Prezidentdən Kənan Əsədovla bağlı SƏRƏNCAM

Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiq edilib - SƏRƏNCAM

Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiq edilib - SƏRƏNCAM

TƏBİB-in Müşahidə Şurasına Xalid Əhədov SƏDRLİK EDƏCƏK

TƏBİB-in Müşahidə Şurasına Xalid Əhədov SƏDRLİK EDƏCƏK

Azər Bayramovu Anar Kərimov ƏVƏZ ETDİ

Azər Bayramovu Anar Kərimov ƏVƏZ ETDİ

"Crocus City Hall" terrorçularının ilkin hədəfi başqa obyekt olub – ŞOK DETALLAR

"Crocus City Hall" terrorçularının ilkin hədəfi başqa obyekt olub – ŞOK DETALLAR

ABŞ İranla hərbi əməliyyatları asanlıqla bərpa edə bilər - Trampdan XƏBƏRDARLIQ

ABŞ İranla hərbi əməliyyatları asanlıqla bərpa edə bilər - Trampdan XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO