BİZİM TƏQVİM:Aprelin 8-də baş vermiş tarixi hadisələr

1992-ci ilin bu günündə Ermənistan Silahlı Qüvvələri Ağdaban soyqırımını törədiblər.

Bu soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Qarabağın qala qapısı olan Kəlbəcəri ələ keçirmək üçün ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli qətliamdır.

Soyqırımı zamanı Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni seperatçıları tərəfindən tamamilə yandırılıb. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib.

Bəs, 8 apreldə dünyada daha hansı hadisələr baş verib?

1. 1506-cı ildə Şah İsmayıl Xətai Təbriz kitabxanasını yaradıb. Bir növ incəsənət akademiyası olan bu kitabxanada mahir ustalar, xəttatlar, rəngkarlar, zərgərlər, cildçilər və nəqqaşlar fəaliyyət göstərirdilər.   Təbrizin bu Şah kitabxanasında təbabətə, riyaziyyata, astronomiyaya, tarixə, ədəbiyyata, incəsənətə dair minlərlə kitab toplanmışdı. 

2.  1774-cü ildə imzalanan Kiçik Qaynarca müqaviləsi ilə Osmanlı imperatorluğunun tərkibindən çıxan Krım xanlığı 10 il belə keçmədən - 1783-cü ilin 8 aprelində II Yekaterinanın əmri ilə Rusiya  tərəfindən işğal edildi.

3. 1982-ci ilin 8 aprelində erməni terror təşkilatı ASALA-nın etdiyi hücumda Türkiyənin Kanada Səfirliyinin ticarət müşaviri Kani Güngör ağır yaralandı və əlil arabasına məhkum oldu.

4. 2003-cü il aprelin 8-də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan hissəsində tikinti işləri başlayıb. 1762 kilometr uzunluğunda kəmərin 443 km.-i Azərbaycan, 249 km.-i Gürcüstan və 1070 km.-i Türkiyə əraizisndən keçir. 

5. 1971-ci ilin bu günündə Londonda keçirilən Birinci Ümumdünya Qaraçılar konqresi tərəfindən aprelin 8-i Beynəlxalq Qaraçılar Günü elan olunub.

8 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycanlı filosof Əbunəcib Sührəvərdi 1168-ci ilin 8 aprelində vəfat edib.

2. 1973-cü ilin bu günündə İspan rəssamı Pablo Pikasso vəfat edib.

3. 8 aprel 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur. Görkəmli sərkərdə 1405-ci il fevralın 18-də Özbəkistanda vəfat edib.

4. Azərbaycanın görkəmli musiqi xadimi, tarzən Məmmədxan Bakıxanov 1890-cı ilin bu günü anadan olub.

5. Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyev 1912-ci ilin 8 aprelində dünyaya gəlib.

6. Meyxana ustası Ağasəlim Çildağ 8 aprel 2008-ci ildə dünyasını dəyişib.

7. 8 aprel 2013-cü ildə “Dəmir ledi”- Marqaret Tetçer vəfat edib.

8. 1956-cı ilin 8 aprelində Güney Azərbaycanlı,tanınmış vokalist və musiqiçi Yaqub Zurufçu anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızılın qiyməti 4 800 dolları ÖTDÜ

Qızılın qiyməti 4 800 dolları ÖTDÜ

Mentalitetimizdə hansı yanaşmalar dəyişməlidir? - VİDEOSORĞU

Mentalitetimizdə hansı yanaşmalar dəyişməlidir? - VİDEOSORĞU

Azərbaycan nefti 140 dollara satılır

Azərbaycan nefti 140 dollara satılır

ABŞ-la İran arasında birbaşa danışıqlar BU ŞƏHƏRDƏ aparacaq

ABŞ-la İran arasında birbaşa danışıqlar BU ŞƏHƏRDƏ aparacaq

Şirvanda kütləvi ZƏHƏRLƏNMƏ

Şirvanda kütləvi ZƏHƏRLƏNMƏ

Vətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi – FOTO

Vətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi – FOTO

Qobustanda uşaq gölməçəyə düşərək ölüb

Qobustanda uşaq gölməçəyə düşərək ölüb

Tanışını bıçaqlayan tələbəyə bu cəza verildi

Tanışını bıçaqlayan tələbəyə bu cəza verildi

Tramp Əraqçinin postunu paylaşdı - Foto

Tramp Əraqçinin postunu paylaşdı - Foto

Bu gün 23 dərəcə isti olacaq

Bu gün 23 dərəcə isti olacaq

Elektromobillər və hibrid avtomobillər yağıntılı hava şəraitindən necə çıxdı? - AÇIQLAMA

Elektromobillər və hibrid avtomobillər yağıntılı hava şəraitindən necə çıxdı? - AÇIQLAMA

Avro və rus rublu bahalaşdı

Avro və rus rublu bahalaşdı

Neftin qiymətində REKORD ENİŞ - FOTO

Neftin qiymətində REKORD ENİŞ - FOTO

Mingəçevirdə ağır qəza: 3 yaralı var

Mingəçevirdə ağır qəza: 3 yaralı var

Söndürsəniz də bu 10 cihaz şəbəkədə qaldığı hər saniyə "pul yazır"

Söndürsəniz də bu 10 cihaz şəbəkədə qaldığı hər saniyə "pul yazır"

Sarı Aşığın “Gül dəftəri” kitabı çap olundu – FOTO

Sarı Aşığın “Gül dəftəri” kitabı çap olundu – FOTO

Ağ Evdən ilk - Açıqlama

Ağ Evdən ilk - Açıqlama

Samuxda avtomobil maneəyə çırpıldı - Xəsarət alanlar var

Samuxda avtomobil maneəyə çırpıldı - Xəsarət alanlar var

İranın bu bəyanatı Trampı qəzəbləndirdi – FOTO

İranın bu bəyanatı Trampı qəzəbləndirdi – FOTO

Trampdan SÜLH MESAJI – “Böyük pullar qazanılacaq” – FOTO

Trampdan SÜLH MESAJI – “Böyük pullar qazanılacaq” – FOTO

İran vətəndaşları ilə cinayət əlaqəsinə girən 2 nəfər HƏBS EDİLDİ

İran vətəndaşları ilə cinayət əlaqəsinə girən 2 nəfər HƏBS EDİLDİ

“Makler evi” almaq istəyənlərə XƏBƏRDARLIQ

“Makler evi” almaq istəyənlərə XƏBƏRDARLIQ

Tramp: “ABŞ tam və qəti qələbə qazandı”

Tramp: “ABŞ tam və qəti qələbə qazandı”

Çempionlar Liqası: "Barselona" "Atletiko Madrid”i, PSJ "Liverpul"u sınağa çəkəcək

Çempionlar Liqası: "Barselona" "Atletiko Madrid”i, PSJ "Liverpul"u sınağa çəkəcək

End of content

No more pages to load

RADİO