Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

Paytaxtda son günlər baş verən su basmaları əmlak bazarı ilə bağlı yeni narahatlıqlar yaradıb. Onsuz da son dövrlər kəskin şəkildə artan və əlçatmaz həddə çatan mənzil qiymətləri indi başqa bir sual doğurur: bu hadisələr qiymətləri aşağı salacaqmı? Xüsusilə, tez-tez su altında qalan ərazilərdə insanlar artıq daha ehtiyatlı davranmağa başlayıb.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Musavat.com-a şərh verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, paytaxtda əmlak qiymətləri ciddi şəkildə enəcək:

“Onsuz da uzun müddət idi alıcı qıtlığı var idi. Hazırda ümumiyyətlə alıcı yoxdur. Bu da qiyməti salacaq. Su basmaları artıq alıcı davranışına təsir etməyə başlayıb. İnsanlar belə riskli ərazilərdən daha çox çəkinir və bu da həmin yerlərdə mənzillərə tələbatın azalmasına gətirib çıxarır. Nəticədə qiymətlərdə enmə müşahidə oluna bilər.
 

Su basmaların müxtəlif səbəbləri var. Bu, təkcə kanalizasiya sistemlərinin yetərsizliyi, suötürücü xətlərin düzgün qurulmaması ilə bağlı deyil. Həyətyanı ərazilərdə, xüsusilə sənədsiz tikililərin çıxarışı yoxdur. Həmin fərdi evlər rəsmi olaraq yaşayış məntəqəsi kimi tanınmadığından, əkin-biçin üçün nəzərdə tutulduğundan orada kommunikasiya da lazımi səviyyədə qurulmayıb. Digər mühüm amillərdən biri də şəhərdə aparılan söküntülərdir. Bu proses də alıcılar arasında müəyyən narahatlıq yaradır. İnsanlar ehtiyat edirlər ki, aldıqları ev gələcəkdə sökülə bilər və veriləcək kompensasiya gözləntilərini qarşılamaz.


Bundan əlavə, regionda baş verən gərginliklər və müharibə riskləri də psixoloji təsir göstərir. Dünyanın müxtəlif yerlərində baş verən hadisələr, hətta inkişaf etmiş və cəlbedici investisiya mərkəzləri olan ölkələrdə belə qeyri-sabitlik ehtimalı iri maliyyə imkanlarına malik insanlarda da tərəddüd yaradır, psixoloji travma yaradıb ki, eyni hadisə burada da baş verə bilər”.

Qiymətlərin hansı ərazilərdə daha çox enə biləcəyinə gəldikdə, ekspert deyib ki, əsasən Abşeron və Xəzər rayonlarında müşahidə olunacaq:

“Ağ şəhərdə isə yollarda problem olmuşdu, evlərə xəsarət dəyməyib. Belə hallarda qiymətlərə təsir nisbətən zəif olur. Ümumilikdə isə orada tikililərdə satışların az olması da qiymət dəyişikliklərinin kəskin hiss olunmamasına səbəb olur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bu xanımlarla bağlı nazirliyə müraciət edəcəyəm" - Fotolar

"Bu xanımlarla bağlı nazirliyə müraciət edəcəyəm" - Fotolar

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

“Bizə hörmətlə yanaşın”

“Bizə hörmətlə yanaşın”

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Nazirlər Kabinetindən VACİB QƏRAR

Nazirlər Kabinetindən VACİB QƏRAR

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

Amerikada lotoreyada pul udubmuş - Video

Amerikada lotoreyada pul udubmuş - Video

İşıq, su və qaza borcu olanların nəzərinə

İşıq, su və qaza borcu olanların nəzərinə

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

Ayın əks tərəfinin FOTOSU

Ayın əks tərəfinin FOTOSU

End of content

No more pages to load

RADİO