İşıq, su və qaza borcu olanların nəzərinə

Məhkəmələrin üzərinə kommunal xidmətlərə dair işlərlə bağlı yeni öhdəlik qoyulub.

Bizim.Media “Trend.az”a istinadən xəbər verir ki, söhbət təbii qaz, su və elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsinə dair işlərdən gedir.
 

Belə ki, təbii qaz, su və ya elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsi tələbləri ilə bağlı işlərdə məhkəmələr tərəfindən iddiaya mahiyyəti üzrə baxılıb yekun qərar çıxarılanadək, müvafiq təchizat xidmətlərinin dayandırılmasına yönələn hərəkətlərin bu sahədə mövcud olan təbii inhisar subyektinə qadağan edilməsi və (və ya) bu xidmətin bərpa edilməsinə dair müvəqqəti təminat tədbiri barədə qərardadlar qəbul edilir.


Baxılmış işlərin təhlili göstərir ki, belə qərardadlar qəbul olunarkən müvəqqəti təminat tədbirinin əhatə dairəsi iddianın predmeti və mübahisələndirilən məbləğlə məhdudlaşdırılmadığına görə, təbii inhisar subyekti təbii qaz, su və ya elektrik enerjisinin dayandırılmasının qadağan olunması barədə qərardad qüvvədə olan dövrdə həmin tədbirin əhatə etmədiyi yeni borcla bağlı xidmətin göstərilməsini dayandıra bilmir.

Bəzi istehlakçıların isə bu vəziyyətdən sui-istifadə edərək yeni borclarını ödəməkdən yayınması dövlət müəssisəsinə ödənilməli olan pul vəsaitlərinin gecikdirilməsinə gətirib çıxarmaqla, bu sahədə təbii inhisar subyektlərinin maliyyə dayanıqlılığına mənfi təsir göstərir.
 

Məsələn, qazdan istifadəyə görə hesablanmış 5000 manat borcun silinməsi tələbi üzrə belə təminat tədbiri tətbiq edildikdən sonra məhkəmə icraatı zamanı istehlakçının əlavə olaraq 10 min manat yeni borcu yarandığı halda, qərardadda təminat tədbirinin hansı məbləğlə məhdudlaşdığı göstərilmədiyi üçün istehlakçı bundan sui-istifadə edərək yeni yaranmış borcunu da ödəmir. Bu da nəticədə təbii inhisar subyektinin hüquqlarının lüzumsuz və qeyri-mütənasib formada məhdudlaşdırılmasına səbəb olur.


Halbuki borcu mübahisələndirən şəxsin ərizəsi əsasında onun hüquqlarının qorunması üçün seçilən belə müvəqqəti tədbir, digər tərəfin (hazırkı halda təbii inhisar subyektinin) mübahisələndirilən məbləğlə bağlı olmayan zəruri hüquqlarının məhdudlaşdırılmasına və ona əsaslı zərərin vurulmasına gətirib çıxarmamalıdır.

Belə ki, Mülki Prosessual Məcəllənin müvəqqəti təminat tədbirləri ilə bağlı müddəalarına görə, tətbiq edilən tədbir gözlənilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

Digər tərəfdən “Elektrik enerjisindən istifadə Qaydaları”, “Qazdan istifadə Qaydaları” və “Sudan istifadə Qaydaları”nda hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə təchizatçının xidməti dayandırma hüququ nəzərdə tutulub.
 

Müəyyən edilib ki, məhkəmələr təbii qaz, su və elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsi ilə bağlı işlərdə yuxarıda qeyd olunan müvəqqəti təminat tədbirini tətbiq edərkən, həmin tədbirin iddianın predmeti və mübahisələndirilən məbləğə münasibətdə tətbiq edilməli olduğunu diqqətdə saxlamalıdırlar. Həmçinin bu təminat tədbirinin tətbiq edilməsinə baxmayaraq, mübahisə predmeti təşkil etməyən yeni borclara münasibətdə təbii inhisar subyekti tərəfindən xidmətin göstərilməsinin dayandırılmasının mümkünlüyü nəzərə alınmalıdır.


Belə müvəqqəti təminat tədbiri ilə bağlı qərardadların nəticə hissəsində bu tədbirin məhz hansı borc məbləği ilə bağlı tətbiq olunduğu aydın göstərilməlidir (məsələn, qətnamə qanuni qüvvəsini alanadək A-ya məxsus X ünvanda yerləşən X saylı abonent kodu olan qeyri-yaşayış sahəsinə 5000 manat mübahisəli borca münasibətdə təbii qazın verilməsinin dayandırılması “Azəriqaz” İstehsalat Birliyinə qadağan olunsun və təbii qazın verilməsi bərpa olunsun).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

“Bizə hörmətlə yanaşın”

“Bizə hörmətlə yanaşın”

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Nazirlər Kabinetindən VACİB QƏRAR

Nazirlər Kabinetindən VACİB QƏRAR

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

Amerikada lotoreyada pul udubmuş - Video

Amerikada lotoreyada pul udubmuş - Video

İşıq, su və qaza borcu olanların nəzərinə

İşıq, su və qaza borcu olanların nəzərinə

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

Ayın əks tərəfinin FOTOSU

Ayın əks tərəfinin FOTOSU

Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı

Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı

Tramp İranda təyyarəçilərin xilas edilməsi əməliyyatının detallarını AÇIQLADI – VİDEO

Tramp İranda təyyarəçilərin xilas edilməsi əməliyyatının detallarını AÇIQLADI – VİDEO

İşsiz qadınların nəzərinə - Qeydiyyat başladı

İşsiz qadınların nəzərinə - Qeydiyyat başladı

Tramp İranı bir gecədə məhv etməklə hədələdi – VİDEO

Tramp İranı bir gecədə məhv etməklə hədələdi – VİDEO

End of content

No more pages to load

RADİO