Gəncədə 53 yaşlı kişinin ölümü ilə nəticələnən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb.
Vəfat edən şəxs 1973-cü il təvəllüdlü Hafiz İsmayılov Şəmkir rayon sakinidir. O, qeyd olunan ünvanda yerləşən evdə usta kimi fəaliyyət göstərib.
H. İsmayılov həyətdə çardaq örtüyü vurarkən hündürlükdən yerə yıxılıb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu