Gəncədə 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Natəvan qəsəbəsində baş verib.
1973-cü il təvəllüdlü Hafiz İsmayılov fərdi yaşayış evininin çardağını təmir edərkən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu