Azərbaycanda bir çox universitet, o cümlədən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti vahid elektron idarəetmə platforması olan EDUMAN sistemindən istifadə edir. Lakin bir neçə aydır universitetdə sistem işləmir. Tələbələr imtahanlara giriş qiymətlərinə, qayıb sayına, həmçinin, dərs üçün lazım olan vəsaitlərdən istifadə edə bilmirlər.
Məsələ ilə bağlı ADMİU-dan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, fasilə müəyyən texniki problemlə əlaqədar yaranıb.
Qeyd edilib ki, EDUMAN sisteminin üzərində iş gedir, yaxın zamanda bərpa olunacaq.
Günay Şahmar, Bizim.Media