Azərbaycanda dini baş örtükləri LƏĞV OLUNUR: Bu milli örtük təklif edildi

Azərbaycanda rəsmi məkanlarda dini baş örtüklərinin istifadəsi ilə bağlı yeni tənzimləmənin tətbiqi istiqamətində artıq dövlət səviyyəsində qərar formalaşıb və yaxın zamanlarda bunun rəsmi şəkildə elan olunacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bu yanaşma xüsusilə orta məktəbləri, ali təhsil müəssisələrini və dövlət qurumlarını əhatə edəcək.
 

Yeni qaydalara əsasən, dini simvol xarakteri daşıyan baş örtüklərinin ictimai məkanlarda istifadəsinin məhdudlaşdırılması, əvəzində isə Azərbaycanın milli örtüyü olan kələğayının təşviq edilməsi nəzərdə tutulur.


Bu qərarın arxasında dayanan əsas məqsədin milli birlik və vahid ictimai mühitin qorunması olduğu bildirilir.

Qeyd olunur ki, müxtəlif məzhəbi və sektorial simvollar cəmiyyət daxilində fərqlənməni artırdığı halda, kələğayı ümummilli identiklik və ortaq mədəni dəyər kimi qəbul edilir.

Tarixi baxımdan Kəlağayı Azərbaycan qadınının kimliyinin ayrılmaz hissəsidir və UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi tanınıb. Kələğayı yalnız geyim elementi deyil, həm də sülh, hörmət və birlik rəmzi kimi qəbul olunur.

Milli azadlıq hərəkatı dövründə və Qarabağ hadisələrinin ilk mərhələlərində kələğayının simvolik rolu xüsusilə diqqət çəkir. Azərbaycan bayrağının açıq şəkildə qaldırılmasının çətin olduğu, hətta olmadığı məqamlarda, kələğayı 1988-ci ildə bir neçə dəfə bayraq əvəzi kimi istifadə olunub, istiqlal ideyasının rəmzinə çevrilib.

Eyni zamanda, Qarabağ münaqişəsinin gərgin dövrlərində kələğayı birbaşa sülh simvolu kimi də çıxış edib.

Ağdam rayonunda yerləşən Lenin adına kolxozun sədri, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova qarşıdurmanın qarşısını almaq üçün kələğayını ortaya ataraq kütləni sakitləşdirmiş, bununla da daha böyük toqquşmanın qarşısını almağa nail olmuşdu. Bu hadisə kələğayının Azərbaycan cəmiyyətində yalnız mədəni deyil, həm də ictimai-siyasi gücə malik simvol olduğunu bir daha göstərir.
 

Yeni yanaşmaya əsasən, inanclı qadınların baş örtüyü ehtiyacı nəzərə alınmaqla, dini baş örtükləri əvəzinə milli örtük - kələğayıdan istifadə təşviq olunacaq. Bununla bağlı maarifləndirmə, tədris və tətbiq mexanizmlərinin də hazırlanacağı bildirilir.


Beləliklə, Azərbaycanda baş örtüyü məsələsində yeni mərhələnin başlanacağı gözlənilir və bu yanaşma milli-mədəni dəyərlərin ön plana çıxarılması ilə izah olunur. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lukaşenko: “Heç bir ölkə İranı məğlub edə bilməz” – VİDEO

Lukaşenko: “Heç bir ölkə İranı məğlub edə bilməz” – VİDEO

Amnistiya aktı Azər Maqsudova da ŞAMİL OLUNDU

Amnistiya aktı Azər Maqsudova da ŞAMİL OLUNDU

Nəhəng ağac “BYD”nin üstünə aşdı – VİDEO

Nəhəng ağac “BYD”nin üstünə aşdı – VİDEO

İrandan Azərbaycana növbəti TƏŞƏKKÜR

İrandan Azərbaycana növbəti TƏŞƏKKÜR

Sumqayıt Tibb Mərkəzi zəhərlənən uşaqları tam sağalmamış evə niyə BURAXIB? – Rəsmi AÇIQLAMA

Sumqayıt Tibb Mərkəzi zəhərlənən uşaqları tam sağalmamış evə niyə BURAXIB? – Rəsmi AÇIQLAMA

Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində - FOTO

Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində - FOTO

Hindistanda qeyri-adi TAKTİKA – Sərhədi ilan və timsahlar qoruya bilər

Hindistanda qeyri-adi TAKTİKA – Sərhədi ilan və timsahlar qoruya bilər

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – VİDEO

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – VİDEO

Bakıda DƏHŞƏT: övladını məktəbə apardı, qayıdanda faciəvi şəkildə öldü – FOTOLAR

Bakıda DƏHŞƏT: övladını məktəbə apardı, qayıdanda faciəvi şəkildə öldü – FOTOLAR

İran İsrailin konteyner gəmisini vurub

İran İsrailin konteyner gəmisini vurub

Azərbaycanda dollar ucuzlaşdı

Azərbaycanda dollar ucuzlaşdı

Aqil Abbasdan Murad Arifə CAVAB: “Müğənnilərdən gözü açılsa, fikir verər” - ÖZƏL/VİDEO

Aqil Abbasdan Murad Arifə CAVAB: “Müğənnilərdən gözü açılsa, fikir verər” - ÖZƏL/VİDEO

Uşaqlar arasında suçiçəyi yayılıb? – RƏSMİ AÇIQLAMA

Uşaqlar arasında suçiçəyi yayılıb? – RƏSMİ AÇIQLAMA

Verilişi bağlanan aparıcılar indi bu işlərlə "başlarını qatırlar"

Verilişi bağlanan aparıcılar indi bu işlərlə "başlarını qatırlar"

“Ferentsvaroş” “Qarabağ”ın hansı futbolçusunu İSTƏYİR?

“Ferentsvaroş” “Qarabağ”ın hansı futbolçusunu İSTƏYİR?

“Dərnəgül” dayanacağı ilə bağlı ADY məlumat yaydı

“Dərnəgül” dayanacağı ilə bağlı ADY məlumat yaydı

Zəhərlənərək ölən uşağını dəfn etməyə pul tapa bilməyən ata 1260 manat ALIRMIŞ?

Zəhərlənərək ölən uşağını dəfn etməyə pul tapa bilməyən ata 1260 manat ALIRMIŞ?

AZAL və “Air Serbia” yeni kod-şerinq tərəfdaşlığına başlayıb

AZAL və “Air Serbia” yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyində - FOTO

Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyində - FOTO

Qusarda sel aparan 29 yaşlı gəncin ölümü ilə bağlı TƏFƏRRÜAT - VİDEO

Qusarda sel aparan 29 yaşlı gəncin ölümü ilə bağlı TƏFƏRRÜAT - VİDEO

Bakıda kollektor üzərində tikilən ev tam söküldü - FOTO/VİDEO

Bakıda kollektor üzərində tikilən ev tam söküldü - FOTO/VİDEO

Bu hallar “Azərişıq” əməkdaşlarına problemlər yaradır – Sel suları ilə bağlı qurumdan açıqlama

Bu hallar “Azərişıq” əməkdaşlarına problemlər yaradır – Sel suları ilə bağlı qurumdan açıqlama

Bu avtobusların hərəkət sxemi dəyişdirildi – SİYAHI

Bu avtobusların hərəkət sxemi dəyişdirildi – SİYAHI

Aprelin pensiyası bu tarixdə veriləcək

Aprelin pensiyası bu tarixdə veriləcək

End of content

No more pages to load

RADİO