Azərbaycanda selə görə 20-dən çox məktəbdə dərslər dayandırıldı - AÇIQLAMA

Şimal bölgəsində sel sularının yaratdığı fəsadlar səbəbindən bəzi kənd məktəblərində dərslər təxirə salınıb.

Bizim.Media xəbər verir ki, Xaçmazda Hacılar kənd ümumi orta ümumtəhsil məktəbi və Cığatay kənd ibtidai ümumtəhsil məktəblərinin həyətlərini də su basıb. Su təhsil ocaqlarının zirzəmilərinə və bəzi sinif otaqlarına dolub. Hacılar məktəbində 85, Cığatayda isə 25 şagird təhsil alır.
 

Xaçmazda dərslər təxirə salınan məktəblərin sayı 10-dan çoxdur. Quba, Qusar, Şabran və Siyəzəndə də ümumilikdə 10-a yaxın bu cür məktəb var. Bəzi məktəblərin yerləşdiyi əraziləri su basıb, zirzəmilərə və sinif otaqlarına sel suları dolub. Bir çox təhsil ocağında isə dərslərin təxirə salınmasına səbəb şagirdlərin məktəblərə gedən yollarının sel suları səbəbindən keçilməz olmasıdır.


Hazırda fəsadların aradan qaldırılması üçün əraziyə müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, son günlər ölkə ərazisində müşahidə edilən intensiv yağıntılı hava şəraiti ilə əlaqədar ucqar kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində azalma müşahidə edilir.

“Bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinin nisbətən çətinləşməsi səbəbindən şagirdlərin və pedaqoji kollektivin təhlükəsizliyinin təmin edilməsi prioritetdir.

Bu səbəbdən çətin relyefə malik bölgələrdə yerləşən az sayda təhsil müəssisəsində tədris prosesinin həyata keçirilməsində qısamüddətli fasilələr yaranıb.

Davamiyyətdə qısamüddətli fasilələrin müşahidə edildiyi təhsil müəssisələrində keçirilməyən dərslərin dərs cədvəlinə uyğun şəkildə kompensasiya edilməsi istiqamətində zəruri tədbirlər görüləcək. Bu çərçivədə dərslərin sıxlaşdırılmış qrafik üzrə təşkili imkanları dəyərləndirilir”, - deyə açıqlamada qeyd olunub. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Amnistiya aktı Azər Maqsudova da ŞAMİL OLUNDU

Amnistiya aktı Azər Maqsudova da ŞAMİL OLUNDU

Nəhəng ağac “BYD”nin üstünə aşdı – VİDEO

Nəhəng ağac “BYD”nin üstünə aşdı – VİDEO

İrandan Azərbaycana növbəti TƏŞƏKKÜR

İrandan Azərbaycana növbəti TƏŞƏKKÜR

Sumqayıt Tibb Mərkəzi zəhərlənən uşaqları tam sağalmamış evə niyə BURAXIB? – Rəsmi AÇIQLAMA

Sumqayıt Tibb Mərkəzi zəhərlənən uşaqları tam sağalmamış evə niyə BURAXIB? – Rəsmi AÇIQLAMA

Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində - FOTO

Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində - FOTO

Hindistanda qeyri-adi TAKTİKA – Sərhədi ilan və timsahlar qoruya bilər

Hindistanda qeyri-adi TAKTİKA – Sərhədi ilan və timsahlar qoruya bilər

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – VİDEO

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – VİDEO

Bakıda DƏHŞƏT: övladını məktəbə apardı, qayıdanda faciəvi şəkildə öldü – FOTOLAR

Bakıda DƏHŞƏT: övladını məktəbə apardı, qayıdanda faciəvi şəkildə öldü – FOTOLAR

İran İsrailin konteyner gəmisini vurub

İran İsrailin konteyner gəmisini vurub

Azərbaycanda dollar ucuzlaşdı

Azərbaycanda dollar ucuzlaşdı

Aqil Abbasdan Murad Arifə CAVAB: “Müğənnilərdən gözü açılsa, fikir verər” - ÖZƏL/VİDEO

Aqil Abbasdan Murad Arifə CAVAB: “Müğənnilərdən gözü açılsa, fikir verər” - ÖZƏL/VİDEO

Uşaqlar arasında suçiçəyi yayılıb? – RƏSMİ AÇIQLAMA

Uşaqlar arasında suçiçəyi yayılıb? – RƏSMİ AÇIQLAMA

Verilişi bağlanan aparıcılar indi bu işlərlə "başlarını qatırlar"

Verilişi bağlanan aparıcılar indi bu işlərlə "başlarını qatırlar"

“Ferentsvaroş” “Qarabağ”ın hansı futbolçusunu İSTƏYİR?

“Ferentsvaroş” “Qarabağ”ın hansı futbolçusunu İSTƏYİR?

“Dərnəgül” dayanacağı ilə bağlı ADY məlumat yaydı

“Dərnəgül” dayanacağı ilə bağlı ADY məlumat yaydı

Zəhərlənərək ölən uşağını dəfn etməyə pul tapa bilməyən ata 1260 manat ALIRMIŞ?

Zəhərlənərək ölən uşağını dəfn etməyə pul tapa bilməyən ata 1260 manat ALIRMIŞ?

AZAL və “Air Serbia” yeni kod-şerinq tərəfdaşlığına başlayıb

AZAL və “Air Serbia” yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyində - FOTO

Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyində - FOTO

Qusarda sel aparan 29 yaşlı gəncin ölümü ilə bağlı TƏFƏRRÜAT - VİDEO

Qusarda sel aparan 29 yaşlı gəncin ölümü ilə bağlı TƏFƏRRÜAT - VİDEO

Bakıda kollektor üzərində tikilən ev tam söküldü - FOTO/VİDEO

Bakıda kollektor üzərində tikilən ev tam söküldü - FOTO/VİDEO

Bu hallar “Azərişıq” əməkdaşlarına problemlər yaradır – Sel suları ilə bağlı qurumdan açıqlama

Bu hallar “Azərişıq” əməkdaşlarına problemlər yaradır – Sel suları ilə bağlı qurumdan açıqlama

Bu avtobusların hərəkət sxemi dəyişdirildi – SİYAHI

Bu avtobusların hərəkət sxemi dəyişdirildi – SİYAHI

Aprelin pensiyası bu tarixdə veriləcək

Aprelin pensiyası bu tarixdə veriləcək

Siyəzəndə güclü selin fəsadları aradan qaldırılır – FOTO/VİDEO

Siyəzəndə güclü selin fəsadları aradan qaldırılır – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO