Xəbər verildiyi kimi Sumqayıt şəhərinin 41-ci məhəllə adlanan ərazisində yaşayan sakinlər ciddi təhlükə ilə üzləşdiklərini bildirirlər.
Sakinlərin sözlərinə görə, həmin ərazidə tək yaşayan Şahhüseyn Qəmbərov mütəmadi olaraq həyətdə oynayan uşaqlara qarşı aqressiv davranışlar sərgiləyir və əlində bıçaqla onların üzərinə hücum edir. Hətta 2023-cü ildə sözügedən şəxs tərəfindən həmin məhəllədə yaşayan 13 yaşlı uşaq bıçaqlanıb.
Bu səbəbdən valideynlər artıq uşaqlarını həyətdə oynamağa buraxmaqdan çəkinirlər.
Bundan əlavə, ərazi sakinlər iddia edir ki, Ş.Qəmbərovun yaşadığı evdə də qeyri-qanuni və ictimai əxlaqa zidd halların baş verdiyi müşahidə olunur.
Bizim.Media xəbər verir ki, Sumqayıt şəhərində 88 yaşlı şəxs müəyyən olunub. Onunla bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Naibə Məmmədova, Bizim.Media