Xəbər verdiyimiz kimi, dünən Gəncədə ali məktəb tələbəsi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 2007-ci il təvəllüdlü Ləman Əliyeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Ona ilkin tibbi yardım göstərilsə də yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
Məlumat üçün bildirək ki, 19 yaşlı qız Gəncə Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin birinci kurs tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.
Ləman Əliyevanın fotosunu təqdim edirik:

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu