Samux rayonunda avtomobil yol kənarındakı piyadanı vurub.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Zazalı kəndində baş verib.
Nəbiağalı qəsəbə sakini A.Quliyev “Opel Zafira” markalı avtomobillə hərəkətdə olan kənd sakini Əjdər Ələsgərovu vurub.
Piyada aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)
Bizim.Media